Deputat yol polisi haqda sərt status yazdı: "Bandit qovur bu, yoxsa oğru?" Deputat yol polisi haqda sərt status yazdı:

Deputat yol polisi haqda sərt status yazdı:
Загрузка...
Deputat Razi Nurullayev yol polisini sərt tənqid edib. Criminal.az xəbər verir ki, deputat sosial şəbəkədə status paylaşaraq onu saxlayan yol polislərinin cəzalandırılmasını tələb edir: 

"Bu nömrə nişanı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50. Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? Bandit qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır. Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir. Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa sənəd göstərsin. Sözün və filmin sonu.
Təbii ki, bu cür tərbiyəsiz rüşvətxorları, onun qanacaqsız, dövlət əxlaqı olmayan komandirini də anındaca yerinə otuzdurardım. Etmədim, iç üzünü açsın deyə. Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də. Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur. Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər. Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir. Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq. Gözləyirəm".
Criminal.az xatırladır ki, R.Nurullayevin barəsində yazdığı hadisə Abşeron rayonu ərazisində baş verib.
Məsələ ilə bağlı redaktor.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev millət vəkilinin şikayətinin araşdırıldığını bildirib: "Hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır, daha sonra ətraflı məlumat veriləcək”.

Xəbər lenti