Deputat və diaspor lideri Sərraf Məmmədov 55 yaşında öldü

Deputat və diaspor lideri Sərraf Məmmədov 55 yaşında öldü
Загрузка...
 Rusiyanın İvanovo şəhər Dumasının deputatı, biznesmen və yerli azərbaycanlı diasporunun lideri Sərraf Məmmədov aprelin 4-nə keçən gecə 55 yaşında vəfat edib. Virtualaz.org xəbər verir ki, bu barədə İvanovo şəhər rəhbərliyinin imzaladığı nekroloqda deyilir.
Bildirilir ki, Sərraf Məmmədov keçirdiyi əməliyyatdan sonra xəstəxanada vaxtsız vəfat edib. O, 1955-ci ildə Azərbaycanda, Füzuli rayonunda anadan olub. Yaroslavlda hərbi xidmət keçib və İvanovsk mühəndis-inşaat institutunda ali təhsil alıb. Burada bizneslə məşğul olub və yerli Dumaya seçilib. O, 2005-ci ildən İvanovo şəhər Dumasının deputatı idi. Sərraf Məmmədov həm də ictimai fəaliyyətlə və xeyriyyəçiliklə məşğul olub.
Azərbaycan Respublikasının "Tərəqqi” medalına layiq görülüb. Bir çox digər mükafatlar da alıb. Qeyd edək ki, 2016-cı ildə Rusiya İstintaq Komitsi Sərraf Məmmədova cinayət işi qaldırmışdı. O, İvanovo şəhərinin meri olmuş Vyaçeslav Sverçokva 12 milyon rubl rüşvət verməkdə ittiham olunurdu. Bu rüşvətin əvəzində mer Məmmədovun nəzarətində olan firmaların ticarət pavilyonlarının tikintisi üçün icarəyə götürdüyü 37 hektar torpaq sahəsindən istifadəyə görə komission haqqına baxılmasını müsbət həll etməli idi.
Habelə mer rüşvətin əvəzində həmin torpaq sahələrində ticarətin aparılmasına icazə verməliydi. Lakin bu cinayət işi sonradan azərbaycanlı deputatın həbsi ilə nəticələnmədi. S.Məmmədov İvanovodakı "Azərbaycan” cəmiyyətinin lideri olub, 90-cı illərdən bu şəhərdə bizneslə məşğul idi.

Xəbər lenti