Deputat ticarət mərkəzi tikdirib

Deputat ticarət mərkəzi tikdirib
Загрузка...
Milli Məclisin deputatının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üzə çıxıb. Jurnalist Cavanşir Həsənli yazır ki, YAP-çı deputatı Azər Badamov da həmkarlarından geri qalmayıb, sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m olan ikimərtəbəli ticarət mərkəzi tikdirib, obyekt bu ilin yanvarında istismara təhvil verilib.
"Konstitusiya ilə Milli Məclis deputatlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması guya qadağan edilib. Kimdir Konstitusiyanı oxuyan və sayan?" - deyə C.Həsənli qeyd edib. 
A.Badamovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun mövqeyini öyrənməyə çalışacağıq. 

Загрузка...
Загрузка...

Xəbər lenti