Deputat oğlunun həbs müddəti uzadıldı Deputat oğlunun həbs müddəti uzadıldı

Deputat oğlunun həbs müddəti uzadıldı
Загрузка...
Deputat İqbal Məmmədova məxsus olduğu bildirilən "Relax” ticarət mərkəzində Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının döyülməsinə görə həbs edilən şəxslərin, o cümlədən İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlının həbs qətimkan tədbirinin müddəti uzadılıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, prokurorluğun bu barədə verdiyi təqdimata dekabrın 4-də Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə baxılıb və təqdimat təmin edilib.
Bu iş üzrə təqsirləndirilən şəxslər – İ. Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı, bacısı oğlu Pərviz Əsgərov, Mirhəmid Nərimanlı, Famil İmanov, Rahim Şahverdiyev və Amir Abbasovun həbsdə qalma müddəti 2020-ci il martın 15-dək uzadılıb.
Qeyd edək ki, adıçəkilən şəxslər vergi yoxlaması üçün gələn vəzifəli şəxsləri və sonradan əraziyə cəlb olunan polis əməkdaşlarını döyməkdə ittiham edilirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti