Deputat oğlunun dava saldığı istirahət mərkəzi kimindir: Millət vəkilinin yoxsa Socar prezidentinin? Deputat oğlunun dava saldığı istirahət mərkəzi kimindir: Millət vəkilinin yoxsa Socar prezidentinin?

Deputat oğlunun dava saldığı istirahət mərkəzi kimindir: Millət vəkilinin yoxsa Socar prezidentinin?
Загрузка...
Lerikdə "Relax” istirahət mərkəzində böyük skandal baş verib. Belə ki, istirahət mərkəzində yoxlama aparmaq istəyən vergi əməkdaşları deputat İqbal Məmmdovun adamları tərəfindən döyülüb. Daha sonra Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub. Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.
 
Azadliq.info yazır ki, amma məsələnin əsas səbəbi başqadı. "Relax” istirahət mərkəzi İqbal Məmmədovun adıyla bağlı olsa da, əslində Rövnəq Abdullayevə məxsusdu. Rövnəq Abdullayev bu istirahət mərkəzi vasitəsilə hər il "Socar”dan 10 milyonlarla manat pul sildirir. "Pulsilmə əməliyyatı” belə baş verir: hər il "Socar” minlərlə işçisini özünün həmkarlar təşkilatı vasitəsilə bu mərkəzə göndərir və nəticədə küllü miqdarda vəsait həzm edilir. Vergi yoxlamasının da məqsədi, bu silinən pulun məbləğini müəyyən etmək olub. Əldə etdiyimiz məlumata görə, əsas plan Rövnəq Abdullayevi sıradan çıxmaqdı. Yəni, faktlara istinad edərək Abdullayevi zərərsizləşdirmək istəyirlər. Bunu klanlararası savaşın növbəti mərhələsi də adlandırmaq olar.
Jurnalist Hafiz Babalı isə yazır ki, İqbal Məmmədov həm Kəmaləddin Heydərovun, həm də Rövnəq Abdullayevin biznes ortağıdır. Jurnalist "facebook" profilində qeyd edib ki, bu iki məlumatı (AzərTAC-ın xəbəri və Vergilər Nazirliyinin reyestr məlumatları) təhlil edib, nəticə çıxarın: "Sənədlərdən həm də o görünür ki, deputat qanunvericiliyi pozaraq biznes qurumunda icra orqanına rəhbərlik edir.
Kommersiya qurumunun adı: "AZQAZSERVİS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Qeydiyyat nömrəsi (VÖEN): 1401716381
Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət
Hüquqi ünvanı: AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR. ev.143 m.36
Nizamnamə kapitalı: 100 manat
Maliyyə ili: 01 Yanvar - 31 Dekabr
Qanuni təmsilçi: QULİYEV ŞAKİR ƏBDÜL OĞ LU
Təsisçilər (kommanditçilər): MURADOV CƏMİL TAHİR OĞ LU
Dövlət qeydiyyatına alındığı tarix: 15 Dekabr 2009. "Bakı, 28 yanvar (AZƏRTAC).
 
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, qurumun "Azəriqaz” İstehsalat Birliyi (İB) təbii qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların vaxtında məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması məqsədi ilə təsis edilmiş "Azqazservis” MMC ilə müqavilə imzalamışdır. Tərəflər Bakı və Abşeron rayonları üzrə mövcud abonentlərə təbii qazın təminatı istiqamətində xidmət səviyyəsinin daha da yaxşılaşdırılması, yığım göstəricilərinin yüksəldilməsi və qaz itkisinin qarşısının alınması istiqamətində birgə səylərin daha da gücləndiriləcəyini bildirmişlər. Bununla əlaqədar, "Azəriqaz” İB abonentlərdən "Azqazservis” MMC-nin müvafiq vəsiqəsi olan və xüsusi geyimə malik işçilərinin həyət və mənzillərdəki, eləcə də müəssisə və obyektlərdəki mövcud qaz avadanlığı, sayğac və qaz xətlərinə baxış keçirmələrinə şərait yaradılmasını xahiş edir".
Criminal.az bildirir ki, ölkə mətbuatında da ayrı-ayrı vaxtlarda "Relax" istirahət mərkəzinin Rövnəq Abdullayevə məxsus olması ilə bağlı məlumatlar dərc olunub. Vergi araşdırmalarının "Socar" prezidentinin oğlu Rəşad Abdullayevin İspaniyanın İbusa şəhərində 2,4 milyon manatlıq saatının oğurlanması ilə bağlı söhbətlər bitəndən sonra başlaması da təsüdüf deyil. İddia olunur ki, istirahət mərkəzində baş verən hadisəni milyonluq saat qalmaqalından sonra R.Abdullayevin "cəzalandırılması"na hesablanıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti