Deputat oğlu həbsdəki dələduz şərikinə ayda 500 manat göndərməyə boyun olub – 8 milyonluq dələduzluq işinin sirri açılır

04 Oktyabr 2019, 09:00
04 Oktyabr
2019
09:00
5969
"Həbib maşında Elnura deyirdi ki, "sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən hər ay sənin ailənə 500 AZN verəcəyəm”.
Deputat Elmira Axundovanın, oğlu Həbib Axundovun şəriki, dələduzluğa görə həbsə alınan Elnur İbrahimovla bağlı yeni xəbər var. Bakı Ağır Cinayətlər Məhkəməsi barəsində 9 illik həbs cəzası çıxarılandan sonra 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülən Elnur İbrahimov orada "burjuy” həyatı yaşayır. Bu haqda criminal.az-a daxil olan məlumatda iddia olunur ki, Elnur İbrahimovun istifadəsində özəl telefonu, ixtiyarında televizor və soyuducu var. Adı 8 milyon manatlıq dələduzluq işində keçən Elnur İbrahimova 6 saylı Cəzaçəkmə Müəssisəsində özəl şərait yaradılmasında onun keçmiş şəriki Həbib Axundovun rolu olduğu da gələn məlumatlar sırasındadır. Hətta Həbib Axundovun hər ay Elnur İbrahimova 500 manat pul ötürməsi iddiası da var.

Həbib Axundovun hələ Elnur İbrahimov həbsə alınmazdan əvvəl ona cinayəti boynuna götürməyin qarşılığında aylıq 500 manat boyun olduğu, özünün isə Əfv Komissiyasının üzvü olan anası Elmira Axundovanın köməyi ilə cəzadan əvvəl azad edəcəyi vədini verdiyi bilinirdi.
Bu haqda iş üzrə zərərçəkənlərdən Ziya Fərhad oğlu Vəliyevin də ifadəsində olduqca sensasional məqamlar var.

Ziya Vəliyev ibtidai istintaqa verdiyi, məhkəmədə təsdiqlədiyi həmin ifadəsində Elnur İbrahimovun Həbib Axundovla əlaqələrindən bəhs edir, 8 milyonluq cinayəti boynuna alması üçün verdiyi vəd haqda istintaqı məlumatlandırır.
Həbib və Elmira Axundovaya görə Elnur İbrahimova pul verdiyini açıqlayır.
Sitat: "Elnurun belə maraqlı təklif etməsinə baxmayaraq mən ona pul vermədim və soruşdum ki, bu işi o, kiminlə və necə görür? Elnur isə cavabında dedi ki, "bu iş monopoliyadadır və Kəmaləddin Heydərovun nəzarətindədir. Mallar ölkəyə gömrüksüz keçirilir və buna görə də ucuz başa gəlir. Biz də yaxşı qazanc götürürük. Bu işlə cəmi 4 nəfər məşğuldur. Mən bu işləri Həbib Axundovla şərikli görürəm. Lakin Elnurun təkbaşına belə böyük biznesi təkbaşına qurması və idarə etməsinə əmin olmadığımdan Həbibdən həqiqətən belə iş görüb-görmədiklərini soruşdum. Həbib də mənə Elnurun dediklərini təsdiq edərək onunla birlikdə bu işi gördüyünü bildirdi. Elnurun təklifinin ciddiliyinə bir qədər inandım. Çünki Həbib Axundovu tanıyırdım, onun Dövlət Gömrük Komitəsində işlədiyini, milli Məclisin deputatın Elmira Axundovanın oğlu olması və Həbibin özü Elnurun dediklərini təsdiq etməsi məndə Elnura inamı bir qədər də artırdı”.

Ziya Vəliyev ifadəsinin davamında isə Həbib Axundovun Elnur İbrahimova verdiyi vəddən bəhs edib.Sitat: "Həbiblə Elnur öz aralarında nəsə danışdılar və sonra Həbib gəlib dedi ki, "Yasamal Rayon Polis İdarəsində həmişə iş gördüyü yaxın tanışı var. Elnuru aparaq Polis İdarəsinə. Sonra da Həbib Yasamal Polis İdarəsində olan Seymur adlı müstəntiq tanışına zəng etdi.
Həbib Seymura bildirdi ki, bəs belə bir hadisə olub və Elnuru həbs etmək lazımdır. Seymur isə cavabında Elnuru Yasamal RPİ-nə gətirilməsini istədi. Biz Həbibin maşınında qabaqda Fərman Məmmədov, arxa oturacaqda mən, Elnur və Mehman oturduq. Həbib maşında Elnura deyirdi ki, "sən polisdə pulu tək yediyini boynuna al, kişi deyil yalan deyən hər ay sənin ailənə 500 AZN verəcəyəm. Mama (Elmira Axundova) Əfv Komissiyasının üzvüdür, səni yarım sroka içəridən çıxartdıracağam”

Bu iş üzrə Elnur İbrahimov uzun müddət axtarışda olub. 2016-cı ilin oktyabrında Rusiyada saxlanılaraq, Azərbaycana gətirilib. Rusiyaya qaçmazdan əvvəl isə Qəbələdə Elmira Axundova ilə görüşüb. Elmira Axundovanın səs yazılarında həmin görüşdə Elnur İbrahimovun ona işlə bağlı "rasklad” verdiyini qeyd edir. Elmira Axundova inkarçılıq mövqeyində dayansa da, onun bu məsələdən xəbərsiz olduğunu desə də, iş materiallarında Elnur İbrahimov hər dəfə onun yaşadığı ünvana pul apardığını təsdiq edən telefon yazışmaları, SMS-lər var.
Elnur İbrahimov CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək məhkum olunub.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Video, Dosye
Deputat oğlu həbsdəki dələduz şərikinə ayda 500 manat göndərməyə boyun olub – 8 milyonluq dələduzluq işinin sirri açılır
-
Sənəd, Manşet, Foto, Video, Dosye
“Meyidini sellofanda basdırdılar, mollanı qorxutdular ki, ona namaz qılmasın, xaindi” – Tankçı Mirzəliyevin dəhşət saçan ölümü