Dəniz quldurlarının öldürdüyü mühəndisin nəşi Azərbaycana gətiriləcək

25 Yanvar 2021, 16:14
25 Yanvar
2021
16:14
191
Qaçırılan 15 nəfərlə bağlı məlumat yoxdur
Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü ikinci mühəndis Fərman İsmayılovun nəşinin olduğu gəmi Qabonun Port Jentil limanında lövbər salıb.
Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov Meydan TV-yə açıqlamasında bildirib ki, gəmi kapitanının dördüncü köməkçisi Furkan Yarenlə telefonla danışıb:
"Gecə saat 4-5 olardı, Furkan çox həyəcanlı idi. Bir nəfər azərbaycanlının həlak olduğunu təsdiqlədi. Dedi ki, 15 nəfər qaçırılıb, bir Türkiyə vətəndaşı yaralıdır. 15 nəfər naməlum istiqamətdə qaçırılıb. Hələlik qaçırılan şəxslərlə əlaqə saxlamaq mümkün olmayıb. İndiyə kimi nə bir tələb qoyublar, nə də ki, onlarla əlaqə saxlamaq mümkün olub. Nə istədikləri və harada olduqları məlum deyil”.
Fərman İsmayılovun dostu bosman Şahmar Həsənov Meydan TV əməkdaşına bildirib ki, mərhum Siyəzəndə doğulub:

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyi
"Biz onunla uzun müddət birlikdə işləmişik. Fərman həmin vaxtlar motorist, mən də onun köməkçisi idim. Gec evləndi ki, karyera qursun. Sonradan çətinlik yaşamaq istəmirdi. Beş il idi ki, ailə qurmuşdu, övladı yox idi”.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu "twitter” hesabında "Mozart” adlı Liberiya bayrağı altında üzən gəminin bu gün Qabonun Gentil limanında lövbər salması haqda yazıb. A.Karaismayıloğlu gəmidə öldürülən azərbaycanlı mühəndislə bağlı Azərbaycan xalqına başsağlığı verib. Deyib ki, dəniz quldurlarının girov götürdüyü 15 heyət üzvünün azad edilməsi üçün bütün imkanlar səfərbər edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında Fərman İsmayılovun nəşinin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək (No:520/20, AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycanlı vətəndaşın nəşinin vətənə gətirilməsi ilə bağlı KİV-in sualını cavablandırır. Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə nəş paytaxt şəhər Librevilə göndəriləcək.
Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

Furkan Yaren
Yanvarın 23-də Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə daxil olan quldurlar ikici mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfəri isə qaçırıb. Kapitanın dördüncü köməkçisi Furkan Yaren, baş mühəndis Süha Tatlıgül və bir nəfər neftçi isə "Mozart”da buraxılıb. Yaren piratların naviqasiya cihazlarını sökdüyünü və kor-koranə şəkildə gəmini sürdüyünü bildirib.
Xəbər lenti
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Foto, Hadisə
Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
Foto, Hadisə
“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
Foto, Hadisə
Evinin qarşısında oynayan məktəblini maşın vurub öldürdü
-
Foto, Hadisə
Bakıda 30 yaşlı qadın özünü 18-ci mərtəbədən atdı
-
Foto, Hadisə
Dəniz quldurlarının öldürdüyü mühəndisin nəşi Azərbaycana gətiriləcək
-
Foto, Hadisə
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
Foto, Hadisə
Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
Foto, Hadisə
Bayram günü tərxis edilən əsgər itkin düşüb
-
Manşet, Foto, Hadisə
Xocavənddə şəhid olan Elmir 2 gün əvvəl təltif edilmişdi