Dəmir Yollarının departament rəisi Cavid Qurbanova qarşı

24 Fevral 2020, 19:26
24 Fevral
2020
19:26
3336
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksinin yaxınlığında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun adından istifadə olunmaqla obyektin tikintisi böyük vüsətlə, tələm-tələsik davam etdirilir. Tikinti işləri dəmir yol xətlərinin bilavasitə mühafizə zolağında inşa olunur. Criminal.az məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin Əmlak Departamentinin rəisi Məmmədrəsul Məmmədova suallar ünvanlayıb. Həmin sual-cavabı təqdim edirik.
- Mətbuatda Bakıxanov qəsəbəsi ərazisində dəmir yol xətlərinin mühafizə zolağında tikinti aparılması ilə bağlı faktlar yer alıb. Bununla bağlı rəhbərlik etdiyiniz Departament hansı tədbirlər görüb? Aydınlaşdırılıbmı ki, tikinti kim tərəfindən aparılır?
- Mətbuat xidməti ilə əlaqə saxlayın.
- Mətbuat xidməti bu kimi məsələlərin sizin səlahiyyətinizdə olduğunu deyir.
- Xeyr. Siz mətbuat katibi ilə əlaqə saxlayın.
-Siz ADY-da məsul vəzifə daşıyırsınız və dəmir yol xətlərinin mühafizə zolağında belə işlərin aparılmasınln qarşısının alınması səlahiyyətlərinizə aiddir. Cavid Qurbanov da Keşlə qəsəbəsindəki "Şanxay"dakı qanunsuz tikililərlə bağlı dəfələrlə deyib ki, həmin insanların köçürülməsində dövlətin üzərinə çox böyük yük düşür. Siz də Bakıxanov qəsəbəsində mıhz dəmir yol xətlərinin mühafizə zolağında tikinti aparılmasına icazə verirsiniz. Ziddiyət yaranır, belə çıxır ki, siz Cavid Qurbanovun dediklərinə qarşı çıxırsınız?
- Xahiş edirəm, mətbuat katibi ilə əlaqə saxlayın.
- Axı mətbuat katibi bu işin sizin səlahiyyətinizdə olduğunu deyir. Dəmir Yollarının mətbuat katibliyi var. Məsləhət görsələr mətbuat katibliyi ilə birlikdə görüşə bilərik.
- Siz Natavan xanımla əlaqə saxlayın.
- Bu məsələ sizin vəzifə səlahiyyətlərinə aiddir yoxsa yox?
- Xahiş edirəm Natavan xanımla əlaqə saxlayın.
- Suala konkret cavab verin. Mətbuat xidmətinin öz səlahiyyəti var sizin isə öz.
- Dəmir Yollarının mətbuat katibliyi var. Konkret odur.
- Bir məsələ ki sizin səlahiyyətlərə aiddir, mətbuat xidməti bu məsələ ilə bağlı necə açıqlama verə bilər?
- Mətbuat katibi ilə əlaqə saxlayın, o sizə cavab verəcək
- Tutduğunuz vəzifəyə uyğun cavab vermirsiniz. Bu kimi məsələlərə siz cavab verməlisiniz.
- Mən hesabat verməməliyəm. Bunu özüm də çox gözəl bilirəm. Xahiş edirəm, Natavan xanımla əlaqə saxlayın.
- Siz Natavan xanımla görüşüb bu məsələyə birgə cavab vermək istəyirsiniz?
- Siz özünüzü təqdim etmirsiniz.
- Mən Azərbaycan mətbuatındanam və bu işlə bağlı yerli mətbuatdan istənilən şəxs sizinlə danışa bilər.
- Mənim sizinlə danışmağa vaxtım yoxdur.
- Siz vəzifəli şəxssiniz, dövlətdən maaş alırsınız. Siz dövlətin mənafeinin əleyhinə bu cür formada çıxış edə bilməzsiniz.
- Xahiş edirəm mətbuat xidməti ilə danışın.
- Ağstafnın, ardınca Neftçalanın icra başçıları dövlət mənafelərinin əleyhinə getdiklərinə görə həbs olunublar. Siz isə səlahiyyətinizdə olan məsələ ilə bağlı danışmaq istəmirsiniz. Sizin bu cür mövqeyiniz gələcəkdə Azərbaycan dövlətinin üzərinə 1 milyon manatlıq yük qoya bilər. Həmin yükü də dövlət çəkməlidir. Siz yəqin ki, bunları başa düşürsünüz.
- Siz suallarınızı yazın göndərin mətbuat katibliyinə. Baxıb cavablandıracağıq.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Video, Korrupsiya
Xəstəxana direktoru rüşvət alarkən saxlanıldı
-
Manşet, Video, Korrupsiya
Yevlaxın sabiq icra başçısı azadlığa buraxıldı
-
Manşet, Video, Korrupsiya
İsmayıl Vəliyevin eşşəkləri, Alimpaşa Məmmədovun maralları - HƏBS OLUNAN RAYON BAŞÇILARININ EKZOTİK BİZNESİ
-
Manşet, Video, Korrupsiya
DTX XİN-dəki əməliyyatın detallarını açıqladı
-
Manşet, Video, Korrupsiya
Heydər Əliyevin işdən çıxardığı Cavid Qurbanov kimdir? - BİOQRAFİYA
-
Manşet, Video, Korrupsiya
DTX nazir müavininin tutulmasının görüntüləri yaydı
-
Manşet, Video, Korrupsiya
İcra başçısı rüşvəti evində alıb
-
Manşet, Video, Korrupsiya, Dosye
«İdeal»ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar»
-
Manşet, Video, Korrupsiya
Dəmir Yollarının departament rəisi Cavid Qurbanova qarşı