Sabunçu polisində müəmmalı ölüm

Sabunçu polisində müəmmalı ölüm
Загрузка...

Sabunçu rayonu 12-ci polis bölməsində Kəlbəcər köçkünü və şəhid ailəsinin üzvünün döyüldüyü və xəstəxanada öldüyü haqda məlumatlar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, Sabunçu Rayon Xəstəxanasının travmatologiya şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı AzadlıqRadiosuna ötən şənbə Şaiq Sadıqov adlı bir nəfərin xəstəxanada əməliyyat olunduğunu, ertəsi gün keçindiyini bildirib. 

Şöbədən verilən məlumata görə, həmin şəxsə baş beynin əzilməsi, boyundaxili hematoma diaqnozu qoyulub: “Anasının xəstəxanada dediyinə görə, onu Sabunçu rayonu 12-ci polis bölməsində döyübl Sabunçu rayon 12-ci polis bölməsinin növbətçi hissəsindən kapitan Dadaşov AzadlıqRadiosuna bildirib ki, həqiqətən bölməyə bir nəfər çağırılıb (kapitan onun adının deyəsən Şaiq Sadıqov olduğunu deyib), dindirilib və qeydiyyata alınıb: 

“Amma onu heç kəs döyməyib. Bura biz yüz adam çağırıb dindiririk. Adi qaydada evinə buraxılıb və sonradan qohumunun yanında qəflətən halı pisləşib, yəqin hansısa xəstəliyi olub, xəstəxanaya yerləşdirilib və orada vəfat edib”. Amma kapitan Dadaşov həmin şəxsin bölməyə hansı məsələ ilə bağlı çağrıldığından xəbərsiz olduğunu deyib. Əlavə məlumat veriləcək. 

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti