Dəli biznesmen Azərbaycan vətəndaşını necə güllələdi... - SƏS-KÜYLÜ QƏTLİN GÖRÜNTÜLƏRİ

22 Mart 2020, 21:18
22 Mart
2020
21:18
1909
Xəbər verdiyimiz kimi Rusiyanın Kareliya muxtar vilayətinin inzibati paytaxtı Petrozavodskda tanınmış biznesmen Yevgeni Yablokov şəhərin imkanlı şəxslərinin məskunlaşdığı Pravda küçəsi, 44 ünvanında - elit yaşayış kompleksindəki binanın həyətində qətl hadisəsi törədib. O, neçə vaxtdır münaqişə içərisində olduğu qonşusunu-Azərbaycan vətəndaşını öldürüb.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, 56 yaşlı iş adamı qonşusunun həyatına ov tüfəngindən atəş açmaqla son qoyub. İlkin araşdırmalar zamanı məlum olub ki, Yablokov qətl hadisəsindən üç ay öncə də elə həmin məkanda odlu silahla qəsdən adam öldürməyə cəhd edib. Lakin o zaman təsadüfən gülləsi yayınıb.
Əgər hüquq-mühafizə orqanları həmin vaxt baş vermiş bu sui-qəsd hadisəsinə biganə yanaşmasaydılar, çox güman ki belə bir faciə də yaşanmazdı.
Hadisənin detallarını araşdırmaq müstəntiqlərin öhdəsinə düşür. Faciə baş verən günün ümumi xronologiyasına nəzər salsaq görərik ki, qətldən öncə iş adamı həyətdən çıxarkən qəza törədib. Günah Yablokovda olsa da "Loqona” markalı avtomobilin sürücüsünü təhdid edib, ona hədə-qorxu gəlib.

Qəza Yablokovu o dərəcədə qəzəbləndirib ki, yanındakı qohumundan ona silah gətirməsini əmr edib.
Qohumu evdən silah gətirib və əsl faciə də bundan sonra baş verib. Yablokov odlu silahdan atəş açmağa başladıqda "Loqan” nın sürücüsü qaçmağa çalışıb. Lakin Yablokov ona aman verməyib. Arxasınca atəş açmağa davam edib, sürücü möcüzə nəticəsində sağ qalıb. Qətlə yetirilən qonşu isə həmin vaxt "Reno Loqan” markalı avtomobilin yanında olub. Yablokov odlu silahdan ona sarı atəş açıb. İş adamının güllələdiyi azərbaycanlı hadisə yerindəcə keçinib. Yablokov isə silahı ataraq hadisə yerindən qaçıb. Lakin polislər onu yaxalaya biliblər. Yablokovun qonşusunu nədən güllələməsi hələlik məlum deyil.
Araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs hadisədən üç ay öncə qonşusu Yablokov tərəfindən zərər çəkib. Belə ki, ötən ilin dekabrında iş adamı qonşulardan birini döyüb, həyətin ortasında odlu silahdan ətrafa güllələr yağdırıb. Həmin vaxt biznesmenin qonşusu da silahdan , onun üç ay sonra öldürəcəyi şəxsə atəş açmağa başlayıb.
Zərərçəkmiş göz nahiyyəsindən xəsarət alıb. Münaqişə müşahidə kameralarında əks olunub. Video görüntülərdə bir nəfər silahı tuşlayır, üç ay sonra öldürüləcək şəxs isə əllərini yuxarı qaldırır. Məhz həmin şəxs martın 18-də odlu silahla qətlə yetirilir.
Bina sakinlərinin sözlərinə görə, Yablokov daim qonşularla münaqişə yaradıb. Sonuncu dava-dalaş və atışmadan sonra biznesmen tərəfindən döyülən qonşu polisə şikayət edib. Lakin hüquq-mühafizə orqanları baş verənlərə biganə yanaşıb. Hətta faktla bağlı cinayət işi belə qaldırılmayıb.
"Biz polisə videogörüntüləri təqdim etdik. Orada odlu silah, çoxsaylı şahidlərin olması açıq-aydın görünür. Bir nəfəri güllələyirlər. Müdafiə etdiyim şəxsin göz yanığı xəsarəti alması ilə bağlı arayış da var. Silahlı şəxsin əlindəkinin qaz tapançası olması istisna edilmir”- zərərçəkmişin hüquqlarını müdafiə edən şəxs belə deyib.
Hüquqşünas D.Yefimovun sözlərinə görə, Yablokov saxlanılmayıb, onun silahını almayıblar. Faktla bağlı cinayət işi qaldırmaqdan imtina ediblər. Hüquq-mühafizə orqanları belə hesab ediblər ki, hadisə zamanı qaz tapançasından atəş açılıb, bu isə o qədər də qorxulu deyil. Amma videogörüntülərdə odlu silahdan atəş açılması da açıq-aydın görsənir. Sadəcə olaraq güllə heç kimə dəyməyib.
Qətl hadisəsindən sonra Yablokovun evindən çoxlu sayda silah-sursat tapılıb və müsadirə edilib. Deyilənlərə görə, silahlar o qədər çox olub ki, İstintaq Komitəsindəki otağın bir küncünü tutub.

Hüquqşünas D.Yefimovun prokurorluğa ünvanlandığı etiraz ərizəsindən sonra cinayət işi başlanılıb. Silahlı insidentə görə iş adamını 30 min rubl cərimə, 15 sutkalıq həbs cəzası və yaxud 120 saatlıq məcburi əməyə cəlb olunma gözləyib. Həmin ərəfədə isə məlum qətl hadisəsi baş verib.
"Üç ay əvvəl polis o silahları Yablokovdan götürə bilərdi. Çünki hadisə zamanı silah tətbiq edilməsi ilə bağlı polisdə kifayət qədər məlumat var idi. Əgər bu sadəcə dava olsaydı, başa düşmək olardı. Bu isə təkcə dava deyil, silahlı atışmadır. Əgər vaxtında ölçü götürülsəydi, faciədən qaçmaq mümkün olardı” - hüquqşünas D.Yefimov belə deyib.
İş adamının qonşuları Yablokovun evdə mütəmadi olaraq qışqır-bağır saldığını, qonşularla münaqişə yaratdığını, binaya gələn ümumi su xəttini bağladığını, hətta bir dəfə həyətdəki müşahidə kamerasını qırdığını deyiblər. Bir sözlə, biznesmen münaqişəyə meylli şəxs olub.
56 yaşlı Y. Yablokov Petrozavodskdakı "İnkom”MMC və "Zastroyşik” MMC-nin təsisçisi və direktorudur. Həmçinin, daşınmaz əmlakların icarəyə verilməsi ilə də məşğul olub.
Vaxtilə Kareliya hökuməti Yablokova məxsus müəssisələrə dəstək göstərib. Yablokovu tanıyanlar onun səbrsiz, çox qəzəbli insan olduğunu deyirlər. Hətta sosial şəbəkə istifadəçiləri onun haqqında "dəli " olmasını yazırlar.
Budur, Yablokov haqqında sosial şəbəkələrdə insanlar yazır:
-Onun dəli olması çoxdan hamıya məlumdur;
-Hələ 90-cı illərdə ticarət mağazasının direktoru işləyəndə dəli kimi öz işçilərin üstünə bağırırdı;
-O, "Doyçe Motors” da işləyəndə də orada çalışanlara, müştərilərə, kassadakı qızların üstünə qışqırırdı, hər ay ödəniş üçün gələnlər bunun şahidi olurdular;
Müəmmalıdır, bu cür səbrsiz və təmkinsiz bir şəxs odlu silah üçün lisenziyanı necə ala bilib?
Günahkarların cəzalandırılacağına ümid edirik...
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Foto, Video, Cinayət
Vətəndaşların kartlarından pul oğurlayanlar onlar imiş
-
Manşet, Foto, Video, Cinayət
İran Kiprdə israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi - SENSASİON TƏFƏRRÜATLAR
-
Manşet, Foto, Video, Cinayət
Azərbaycanda qadının başçılıq etdiyi narkomafiya ifşa olundu - NARKOTİKLƏRİ İNTERNET ÜZƏRİNDƏN SATIBLAR, PULLARI KRİPTOVALYUTA İLƏ ÖLKƏDƏN ÇIXARIBLAR...
-
Manşet, Foto, Video, Cinayət
Şəmkirli Laçın Məmmədovun qətli: killer Varşavadan gəlib...
-
Foto, Video, Cinayət
Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
Manşet, Foto, Video, Cinayət
Böyük cinayətə adı qarışan Zeynəb Xanlarovanın bacısı oğlu gizlincə azadlığa buraxıldı
-
Manşet, Foto, Video, Cinayət
Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
Manşet, Foto, Video, Cinayət
Jurnalistlərə "işverən" deyən "Fairmont Baku" "qəhrəmanı" da saxlanıldı
-
Foto, Video, Cinayət
“Fairmont Baku”da əylənənləri polis saxladı