“Dedi ki, səni məhv edəcəm...”

“Dedi ki, səni məhv edəcəm...”
Загрузка...

Ötən gün keçmiş xanımı Hande Bermeki təhdid etməkdə, onun dostu Emre Sönmezi döyməkdə ittiham olunaraq saxlanılan və sərbəst buraxılan aparıcı Murat Başoğlu açıqlama verib. 

"Qafqazinfo” xəbər verir ki, Bodrum Polis Şöbəsindən çıxarkən görüntülənən aparıcı ağlayaraq mövzu barədə danışıb:

"Bəzi sənədləri götürmək üçün evə getdim. Onsuz 20 dəqiqə əvvəl oğlumu anasına təhvil vermək üçün həmin yerə getmişdim. Yəni, ora mətbuatda yazıldığı kimi basqın etməmişəm. Evə gedəndə tanımadığım bir nəfəri gördüm. Mənzilə girib dedim ki, burada nə edirsiz? Sadəcə belə bir sual verdim. Həmin şəxs üstümə hücum çəkdi. Burnumu yaraladı, çiynimdən də zədə almışam. Bunu sübuta yetirəcək sənədlər var. Üzümü yerə sürtdü, belimdə oturdu, hərəkət edə bilmirdim. 

Sən demə, həmin şəxs keçmiş polisdir, xanımın özünə mühafizəçi tutub. Mənə yaxınlaşaraq qulağıma dedi ki, səni və ailəni məhv edəcəm, övladını görməyəcəksən. Ona əlimi belə qaldırmamışam. Keçmiş xanımımla bir problemim yoxdur. Övladımı da hər gün məktəbdən götürüb idmana aparıram. Normal bir həyatım var”.  






Загрузка...
Загрузка...

Xəbər lenti