'Dedi ki, Oqtay Şirəliyevlə bağda yeyib-içirik...' 'Dedi ki, Oqtay Şirəliyevlə bağda yeyib-içirik...'

'Dedi ki, Oqtay Şirəliyevlə bağda yeyib-içirik...'
Загрузка...
«Baku Medical Plaza»nın baş həkiminin müavini olmuş Feyzulla Qasımova 6 il həbs cəzası tələb olunub. Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. O, Ağciyər Xəstəlikləri İnstitutunun cərrahı Cəmil Ələkbərova qarşı dələduzluqda suçlanır.
İddia olunur ki, C.Ələkbərovdan 50 min dollar alıb, onu cərrah olduğu xəstəxananın şöbə rəisi, atası Hüseyn Ələkbərovu (Beyləqan Mərkəzi Xəstəxanasının baş həkimi olub-red.) isə Bilgəhdə yerləşən Kardioloji Sanatoriyaya baş həkim təyin etdirmək vədi verib. Bu pulun 10 mini C.Ələkbərovun özünün, qalan 40 mini isə atasının vəzifədə irəli çəkilməsi üçün verilib. 

Cəmil Ələkbərov 
Zərərçəkmişin sözlərinə görə, F.Qasımov ona səhiyyə naziri Oqtay Şirəliyevlə dost olduqlarını, tez-tez Mərdəkandakı bağ evində görüşüb, onunla yeyib-içdiklərini deyib. Söz verib ki, nazirlə növbəti görüşlərin birində ondan həm özünün, həm də atasının xahişini edəcək. C.Ələkbərov deyir ki, F.Qasımovun vasitəçiliyi ilə hətta Səhiyyə Nazirliyinin şöbə rəisi Gülmirzə Poladovla da telefonla danışıb, aralarında onun və atasının vəzifəsinin artırılması barədə söhbət olub. Ancaq bir müddət keçəndən sonra bilib ki, telefonla danışdığı adam əslində, G.Poladov deyil, F.Qasımovun oğlu Rəfael Qasımovdur.
CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunan F.Qasımov əvvəl həbs olunub. Bir müddət sonra barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb. Zərərçəkmişdən alınan pulun bir hissəsi qaytarılıb. Sabiq baş həkim müavininin ittiham olunduğu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Загрузка...
Загрузка...

Xəbər lenti