“Ded Xasan”ın nəvəsi samboçu Sahib Mehdiyevlə birlikdə tutuldu “Ded Xasan”ın nəvəsi samboçu Sahib Mehdiyevlə birlikdə tutuldu

“Ded Xasan”ın nəvəsi samboçu Sahib Mehdiyevlə birlikdə tutuldu
Загрузка...
Hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva ətrafı kafelərdən birində təşkil olunan oğru "sxodka”sını dağıdıb. Criminal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminal avtoritetlər "sxodka”nı Lyubertsı şəhərində yerləşən "Düşes” kafesinə təyin ediblər.
İyulun 13-də baş tutan yığıncaqda narkotik vasitələrin və iş adamlarından əldə olunan pulların bölüşdürülməsi ilə bağlı məsələləri müzakirə etməyi planlaşdırıblar. Polisin məlumatına görə, "sxodka”nı "Kryuk” ləqəbli kriminal avtoritet Andrey Kryuçkov təşkil edib. Adı çəkiləm kafedə 32 nəfər saxlanılıb.
Saxlanılanların arasında 2013-cü ildə qətlə yetirilən oğru dünyasının lideri, "Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyanın nəvəsi İrakli Usoyan da var. Saxlananlar arasında həmçinin döyüş sambosu üzrə Rusiya çempionu Sahib Mehdiyev və daha iki idmançı olub.
Загрузка...
Загрузка...

Xəbər lenti