DİN dağlarda gizlənmiş iranlını zərərsizləşdirdi - AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİ ÖLDÜRÜB QAŞMIŞDI DİN dağlarda gizlənmiş iranlını zərərsizləşdirdi - AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİ ÖLDÜRÜB QAŞMIŞDI

DİN dağlarda gizlənmiş iranlını zərərsizləşdirdi - AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİ ÖLDÜRÜB QAŞMIŞDI
Mayın 15-də Azərbaycan sərhədini pozaraq Dövlət Sərhəd Xidmətinin iki hərbçisini qətlə yetirən İran vətəndaşlarından biri zərərsizləşdirilib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, silahlı insidentdən sonra iki İran vətəndaşı hadisə yerindən qaçaraq Azərbaycan ərazisində gizləniblər.
Dünən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları Yardımlı rayonu ərazisində dağlarda gizlənən İran vətəndaşının birinin yerini müəyyən edib. Həmin şəxs tutulacağını bildiyi üçün təslim olmayaraq silahlı müqavimət göstərib. Ona görə DİN Daxili Qoşunlarının əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdiriblər. Digər şəxsin axtarışları davam etdirilir. 

Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Xəbər lenti