Daxili İşlər Nazirliyi terror-təxribatla bağlı növbəti xəbərdarlıq yayıb

Daxili İşlər Nazirliyi terror-təxribatla bağlı növbəti xəbərdarlıq yayıb
12.26.
Daxili İşlər Nazirliyi (DİN) terror-təxribatla bağlı növbəti xəbərdarlıq yayıb. Açıqlamada bildirilir ki, Ermənistanın Azərbaycanda terror-təxribat aktları törətməsi istisna deyil. Xəbərdarlıqda Ermənistan terrorçu dövlət olduğu bildirilir: "Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil. Odur ki, ehtiyatı əldən verməməli, daim​ ayıq-sayıq olmalıyıq".
***
11.31.
Sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb. Məlumatı Azərbaycan Baş Prokurorluğu yayıb. Eyni zamanda, göstərilən müddətdə 415 mülki obyektin, 92 hündürmərtəbəli yaşayış binasının və 2338 yaşayış evinin yarasız hala düşdüyü qeyd olunub.
***
Nazirlik döyüş bölgəsindən kənar ərazilərin də atəşə tutulduğunu deyir Ermənistan silahlı qüvvələri Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının ərazilərini atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrini və hərbi bölmələrin mövqelərini atıcı silahlardan atəşə tutub. Eyni zamanda, Ağcabədi və Tərtər rayonlarının da atəşə tutulduğu bildirilib.

Xəbər lenti