Daxili işlər naziri baş redaktoru qəbul etdi, təhdid olunmasının araşdırılacağını açıqladı

13 Yanvar 2020, 16:05
13 Yanvar
2020
16:05
1327
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru, jurnalist Anar Məmmədovu qəbul edib. Bu barədə Anar Məmmədovun özü məlumat verib.
Jurnalist bildirib ki, nazir son günlər sosial şəbəkələrdə guya naməlum şəxslər tərəfindən "vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa "oliqarx” tərəfindən təşkil edilməsi barədə yayılmış məlumatlarla bağlı dinləyib.
Nazirə barəmdə sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda bu qəbildən olan olan məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim.

Anar Məmmədov
Bildirdim ki, son zamanlar mütəmadi olaraq əsassız iddialarla məhkəmələrə cavabdeh qismində cəlb olunuram. Barəmdə bu qəbildən olan məlumatların əsassız iddia müəllifləri tərəfindən yayıla biləcəyini də istisna etmirəm. Bütün hallarda baş verənlərin peşə fəaliyyətimlə bağlı olduğunu Vilayət Eyvazovun diqqətinə çatdırdım. Məni diqqətlə dinlədi. Bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb. Vurğuladı ki, müraciətimlə bağlı zəruri araşdırma aparılacaq.
Nazir əlavə etdi ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. Daxili İşlər Nazirliyi MDB məkanında ən yüksək səviyyətə texniki təchizata malikdir. Bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi bizim üçün önəmlidir. Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin.
A.Məmmədov əlavə etdi ki, görüşdən sonra ona bir neçə telefon nömrəsi də verilib, hər hansı təhlükə və təhdid olarsa, təcili olaraq həmin nömrələrlə əlaqə saxlaması tapşırılıb.
Xatırladaq ki, sosial şəbəkələrdə A.Məmmədovun naməlum şəxslər tərəfindən "vəhşicəsinə döyülməsi” və bu hücumun hansısa "oliqarx” tərəfindən təşkil edilməsi barədə məlumatlar yayılıb.
A.Məmmədov bunu yalan adlandırıb və DİN rəhbərliyini bu dezinformasiyanı yayanları tapıb cəzalandırmağa çağırıb. A.Məmmədov özü Azərbaycan DİN rəhbəri Vilayət Eyvazova məktubla müraciət edərək ona hücum edilməsi və amansızcasına döyülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatların araşdırılmasını xahiş edib. Jurnalist hesab edir ki, saxta məlumatın yayılması ona qarşı planlaşdırılan təxribatın tərkib hissəsidir. Bununla əlaqədar o, DİN rəhbərindən yalan məlumatları yayan şəxslərin aşkar edilməsi və cəzalandırılması üçün tədbirlər görülməsini xahiş edib.
Criminal.az saytının baş redaktoru Anar Məmmədov yazılarına görə artıq bir neçə dəfə məhkəməyə verilib.
Sonuncu dəfə ötən ilin sonlarında "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanova xüsusi ittiham qaydasında iddia qaldıraraq jurnalistin həbsini tələb edib.
Jurnalist "Lombard N:1" firmasının sahibi Məlahət Qurbanovanın iddiası əsasında təqsirləndirilən şəxs qismində cəlb edilib.
İşə yanvarın 8-də Ağdam rayon Məhkəməsində hakim Mahir Niftiyevin sədrliyi ilə baxış başlayıb.
Jurnalistin verdiyi məlumata görə, Qurbanova onu böhtan atmaqda ittiham edir, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir.
İki məqalə iddia predmetidir:
Məqalələrdə söhbət Qurbanova və keçmiş əmək naziri Fizuli Ələkbərov arasında qeyri-yaşayış sahəsi ilə bağlı çəkişmədən gedir.
Qurbanova iddiada lombard fəaliyyəti ilə məşğul olmadığını qeyd edir və jurnalisti sabiq nazirin maraqlarını müdafiə etməkdə ittiham edir.
Anar Məmmədov iddia ərizəsində yazılanlarla razılaşmır və kimsəyə böhtan atmadığını, heç kimi təhqir etmədiyini deyir.
Media sahəsində ekspert Ələsgər Məmmədli də hesab edir ki, məhkəmələr diffamasiya haqqında iddianı icraata qəbul etməməlidirlər və onlar Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusu olaraq təkzib ediləcək.
Anar Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilib. İddia olunur ki, onun Gəncə hadisələri (sabiq icra hakimiyyəti başçısı Elmar Vəliyevin davranışı və s.) haqda yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət edib.
A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
Manşet, Cəmiyyət
Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
Sənəd, Manşet, Cəmiyyət
Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
Manşet, Cəmiyyət
“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
Manşet, Cəmiyyət
Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
Manşet, Cəmiyyət
Ata oğlunu DİN əməkdaşı kimi təqdim edib 64 min manat ələ keçirdi – Xətai prokuroruna ilginc müraciət
-
Manşet, Cəmiyyət
“Azərbaycanı növbəti müharibə ilə hədələməyə çalışırlar”
-
Manşet, Cəmiyyət
Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı
-
Manşet, Cəmiyyət
İlginc oğurluqla bağlı baş prokurora müaciət olundu – digər oğru da tutulsun!