DANX-dən sərnişinlərə müraciət

DANX-dən sərnişinlərə müraciət
Загрузка...
Xəbər verdiyimiz kimi, noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bununla bağlı sərnişinlərə müraciət edib. Monitorinqlər 3 istiqamətdə həyata keçirilir: Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı), Paytaxt-Region və əks istiqamət, Beynəlxalq istiqamətlər üzrə.
Bununla bağlı DANX-nin sözçüsü Nuridə Allahyarova da açıqlama yayıb: "Noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm. Təklif və iradlarınız yalnız (012) 566 - 52 - 58 nömrəli qaynar xəttimizi yığaraq səsləndirdiyiniz zaman qeydə alınacaq! İlk sorğum Azərbaycan Respublikasının şimal-qərb coğrafi məkanını əhatə edən Şəki-Zaqatala iqtisadi rayonu üzrə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarından paytaxt istiqamətində və şəhərdaxili sərnişindaşımada göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır”.
Загрузка...
Загрузка...

Xəbər lenti