Qorxmaz Hüseynovun qohumunun həbsi ilə bağlı ''Azərsu'' açıqlama verdi

Qorxmaz Hüseynovun qohumunun həbsi ilə bağlı ''Azərsu'' açıqlama verdi
Загрузка...

 ''Azərsu''nun prezidenti Qorxmaz Hüseynovun qohumu, Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevi ötən gün Xətai Rayon Polis İdarəsinin əməkdaşları tutulması barədə xəbər vermişdik. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı Criminal.az-a bildirdi ki, onların belə bir işçisi yoxdur. 

"Hazırda Nərimanov Rayonu Su Kanal Departamentində Anar Nəzərəliyev adında şəxs işləmir. Düzdür, o, vaxtilə bu vəzifədə çalışıb, amma bir neçə il əvvəl vəzifəsindən azad edilib"-deyə qurum rəsmisi əlavə etdi. 

Criminal.az-ın əldə etdiyi məlumata görə, A.Nəzərəliyevin adı hələ də Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi kimi göstərilib. 

A.Nəzərəliyev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə təqsirləndirilir. O, ''Azərsu'' ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşıdır. A.Nəzərəliyev işçilərə verilməli olan 6-cı mükafatı özünə götürür.  Eyni zamanda, öz qohumlarının adını ştat cədvəlinə yazdıraraq, onların maaş kartlarını özündə gəzdirir. Bundan başqa, kommersiya təşkilatlarına suyu satıb.  Uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları həbs ediblər. 

Criminal.az

Qorxmaz

Xəbər lenti