Daha bir jurnalistin sərhədkeçmə qadağası götürülüb

Daha bir jurnalistin sərhədkeçmə qadağası götürülüb
Загрузка...
 Jurnalist yasağın götürülməsi ilə bağlı məktub alıb
"Meydan TV”nin əməkdaşı, hazırda Avropada yaşayan Orxan Məmmədovun ölkədən çıxışına qoyulan yasaq götürülüb. Bu barədə ona Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindən məktub gəlib. Məlumatı jurnalist özü verib.
Məktubda bildirilib ki, "Meydan TV” internet media kanalının vəzifəli şəxsləri barəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə zərurətin aradan qalxması ilə əlaqədar Orxan Çingiz oğlu Məmmədov barəsində tətbiq edilən sərhədkeçməyə məhdudiyyət tədbiri mayın 13-dən ləğv olunub. İndiyədək müstəqil jurnalistlər Aynur Elgünəş, Sevinc Abbasova, Aytac Əhmədova, Aytən Fərhadova, İzolda Ağayeva, Natiq Cavadlı, yazıçı Rasim Qaraca istintaq idarəsində olublar. Onların da ökədən çıxışına qoyulan qadağa aradan götürülüb. 

Bildiriş
2015-ci ildə Meydan TV-nin məsul şəxslərinə qarşı açılan cinayət işindən sonra bu media qurumu ilə əməkdaşlıq edən bir qrup jurnalistin ölkədən çıxışına qadağa qoyulmuşdu. Bu illərdə 10-dan çox jurnalist vaxtaşırı Baş Prokurorluğa dindirməyə çağırılmış, burada onlardan Meydan TV-nin maliyyələşmə mənbəyini açıqlamaları tələb olunmuşdu.
Mayın 3-də jurnalistlər Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında aksiya da keçirmişdilər. Onlar ölkədən çıxışlarına qoyulan qanunsuz yasağın aradan qaldırılmasını tələb edirdilər. Onları idarənin rəisi Eldar Əhmədov qəbul edib və jurnalistlərin qadağasının götürülməsi istiqamətində prosesin başlandığını, yaxın zamanlarda davam edəcəyini demişdi.
Bir çox beynəlxalq təşkilatlar Meydan TV ilə əməkdaşlıq etmiş jurnalistlərin hüquqlarının pozulmasına görə hakimiyyəti kəskin tənqid edib. Meydan TV ölkədə fəaliyyət göstərən xarici media qurumdur. Ölkədən çıxış qadağası qoyulmuş jurnalistlərin heç biri həmin media quruma qarşı açılan cinayət işində təqsirləndirilən şəxs deyil.
Загрузка...
Загрузка...

Xəbər lenti