Nənə 17 yaşlı nəvəsini ərə vermək istədi, o özünü asdı

Nənə 17 yaşlı nəvəsini ərə vermək istədi, o özünü asdı
Загрузка...
Azərbaycanda daha bir 17 yaşlı qız intihar edib. Oxu.az xəbər verir ki, hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonunun Əliqasımlı kəndində baş verib. Kənd sakini Hacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.
Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub. Qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb və meyitini tapıb. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.
Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, 5 gün əvvəl 17 yaşlı Gülər İsmayılova özünü asıb.
Criminal.az-ın əldə etdiyi məlumata görö, A.Hacıyevanın atası ilə anası boşanıb. Ata Rusiyaya, ana da ərə gedib. 17 yaşlı qızları nənə və baba himayəsində qalıb. Nənə qızı ərə vermək üçün ailə tapıb, ərə getmək istəməyən məktəbli qız bu gecə özünü asıb.
Загрузка...
Загрузка...

Xəbər lenti