Dafne Qalizia cinayətində şübhəli şəxsə toxunulmazlıq verilməyəcək

Dafne Qalizia cinayətində şübhəli şəxsə toxunulmazlıq verilməyəcək
Загрузка...
 Baş nazir şübhəli bilinən şəxsə toxunulmazlıq verilməyəcəyini deyib
Maltanın Baş naziri Cozef Muskat jurnalist Dafne Karuana Qalizianın (Daphne Caruana Galizia) öldürülməsində şübhəli bilinən şəxsə iş haqqında bildiklərini açıqlaması qarşılığında toxunulmazlıq verilməyəcəyini söyləyib, - BBC xəbər verir.
İş adamı Yorgen Fenek məlumat qarşılığında prezidentdən əfv istəmişdi. Tanınmış bloger Caruana Galizia 2017-ci ildə bir bomba yüklü avtomobildə sui-qəsdə uğrayaraq öldürülmüşdü. Muskatın bu səbəbdən, xüsusilə də araşdırılmanın gecikdirilməsi üzündən istefası tələb edilir.
Ötən həftə Fenek yaxtasına edilən dramatik basqın nəticəsində həbs olunmuşdu. Həbs edildikdən sonra xəstəxanada müalicə aldığı qeyd edilir və bu müddət ərzində polis nəzarətinə tabe tutulduğu bildirilir. Fenekin "Panama sənədləri”ndə qeyd olunan və Dubayda qeydiyyatdan keçmiş "17 Black” adlı şirkətin sahibi olduğu qeyd edilir.
Karuana Qalizia ölümündən səkkiz ay əvvəl "17 Black” haqqında məqalə yazmışdı və bu şirkətin böyük dövlət rəsmiləri ilə əlaqəsi olduğunu iddia etmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti