Criminal.az saytını bloklayan idarə rəisi işdən çıxarıldı

Criminal.az saytını bloklayan idarə rəisi işdən çıxarıldı
Faiq Fərmanovu Şahin Əliyev əvəzləyəcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis Faiq Fərmanov vəzifəsindən azad edilib. Bu barədə "Report” məlumat yayıb. Bildirilir ki, öz ərizəsi ilə işdən azad olunan Faiq Fərmanovu bundan sonra Şahin Əliyevi əvəz edək.
Şahin Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. O, 2007-ci ildə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisasını bakalavr dərəcəsini bitirib. 2009-cu ildə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını magistr dərəcəsi və 2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisasını magistr dərəcəsi üzrə təhsil alıb.
Şahin Əliyevin telekommunikasiya sahəsində 14 illik təcrübəyə malik olduğu deyilir. İdarənin keçmiş rəisi Faiq Fərmanov vəzifədə olduğu zaman Azərbaycanda saytların bloklanması ilə yadda qalıb. Konkret olaraq, 2018-ci ilin iyun ayında Faiq Fərmanovun rəhbərlik etdiyi idarədən  "Criminal.az” saytının elektron poçtuna məktub göndərilib. Məktubda deyilirdi:  www.criminalaz.com internet informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3, 13-3.3-cü maddələrinin tələblərini kobud şəkildə pozularaq 2018-ci il iyulun 3-də Rusiya Federasiyası əməkdaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar müxtəlif başlıqlı məqalələrdə ictimai rəyi çaşdırmaq, ictimai siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə bilə-bilə yalan eləcə də, yayılması qanunla qadağan edilən məlumatlar dərc edilmişdir.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.3-cü maddəsinə əsasən 8 saat ərzində müvafiq məlumatlar internet informasiya ehtiyatından götürülmədiyi təqdirdə saytın fəaliyyətinə məhdudiyyətlər tətbiq ediləcək və məsələ ilə əlaqədar məhkəməyə müraciət olunacaqdır.

Xəbər lenti