"Cənab müstəntiq, bizi uşaq yerinə qoymayın!" - VİLAYƏT EYVAZOVA ŞİKAYƏT

Загрузка...
Dələduzluğa məruz qaldığını iddia edən şəxslər daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Şəki rayonun Baş Göynük kəndind sakinləri İsmayılov Xocalı Müşviq oğlu, Həmidzadə Təhmasib Məmməd oğlu, Abdullayev Anar Altay oğlunun Criminal.az saytına da göndərdiyi müraciətdə göstərir ki, "Royal Print” MMC-nin qanuni təmsilçisi, "House Print"in işçisi, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə məhkumluğu olan Əliyev Elvin Gündüz oğlunun toruna düşüblər:
"MMC-nin rəsmi rəhbəri Elvin olsa da idarəçiliyi atası Gündüz Əliyev aparır, digər işçiləri olan oğulları Elvin və Elmir çap və dizayn-qrafiq işlərilə məşğuldurlar. Elvinin xalası oğlu da bu dələduzluqla məşğul olan ailəyə yardımçı olur. Sonradan bizə aydın olub ki, üzdə poliqrafiya işləri görmək adı altında bu ailə əsas bacarıqlı fiqur kimi 30 yaşlı Elvin Əliyevi Türkiyədən guya hansısa dizayn işinə, müxtəlif növ hazır məhsullara investisiya qoymaq və Bakıda onu tanıyan müştərilərə satmaqla guya əlavə qazanc əldə etmək adı altında biz təcrübəsiz gənclərin əvvəlcə etimadını qazanmış, gəlirli işə cəlb etmə adı altında şirnikləndirməklə, sonda aldatmaqla "investisiya adı altında E.Əliyevə verdiyimiz pulları mənimsəyib. Dəstə sonuncu dəfə, 8 nəfər şəxsin 300000 ABŞ dolları pullarını "İnvestisiya qoymaq” adı altında mənimsədiyinə görə 3 mart 2018-ci ildə şikayəti əsasında E.Əliyev 4 ay müddətinə həbs edilib və məhkəmənin hökmü ilə 5 il şərti cəza alıb.
Sonradan biz onun atası ilə görüşüb Elvindən şikayət etdikdə o, etiraf edib ki, 2018-ci ildə oğlu E.Əliyevi həbsdən qurtarmaq üçün bütün əmlaklarını 300000 dollar zərəri ödəmək üçün satıb vurulmuş ziyanın bir hissəsini ödəyib. Biz 12 sentyabr 2019-cu il tarixində Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə rəsmi müraciət edərək E.Əliyevdən bizə vurmuş olduğu maddi ziyanın ödəniməsində köməklik göstərilməsini xahiş etdik. İş təhqiqatçı Fuad Cənnətovun icraatına verilmişdi. O, Elvini sentyabrın 22-də 27-ci PB-nə dəvət etsə də, söz verib yoxa çıxmdı. 2 gündən sonra o, xalasıoğlunun vasitəsilə yaxalanaraq təhqiqatçıya təhvil verildi. Yazdığı izahatında bizdən aldğı pulları etiraf edib. Təhqiqatçı Fuad Cənnətov E.Əliyev barəsində CM-nin 178.1-ci maddə üzrə cinayət işinin başlanması üçün 02 oktyabr 2019-cu ildən Yasamal rayon Polis İdarəsinin İstintaq İdarəsinə müstəntiq Abdulla Əliyevin icraatına göndərib. Çox təəəsüflər olsun ki, polis mayoru olan baş müstəntiq A.Əliyev dələduzluq üzrə məhkum E.Əliyev son 73 gün ərzində tapa bilmir? Son 2 ayda müstəntiqlə dəfələrlə telefon əlaqəsi saxlasaq da o bizi istintaq araşdırmasına dəvət etməmiş və yalnız bizim çoxsaylı şikayətlərimizə görə Bakı şəhər Prokurorluğuna E.Əliyevin təhqiqat zamanı yazdığı özünümüdafiə izahatını göndərmişdir. Və qeyd edir ki, axtarışa vermişik. Bakı şəhər Prokurorluğunun DİO-nun istintaq işlərinə nəzarət idarəsinin rəis müavini cənab Elçin Sultanovun X.İsmayılova yazdığı 12 noyabr tarixli məktubunda dələduz Elvin Əliyevin yazdığı əsassız izahatını təkrar bizə yazılı olaraq xatırladır. Çox qəribədir ki, dələduzun özünə haqq qazandıran izahatı niyə rəsmi cavab kimi peşəkar prokuror tərəfindən bizə göndərilməlidir? O guya investisiya işlərinə bizlərdən faizlə pul götürdüyünü vurğulayır. Biz bu saxta izahata cavab olaraq çoxsaylı səs yazılarını, onun kapital bank kartına avqust ayı ərzində göndərdiyimiz müxtəlif məbləğli pulların qəbzlərini istintaqa təqdim etsək də, bizə formal cavablardan başqa heç bir məlumat verilmir.
Dekabrın əvvəlindən müstəntiq A.Əliyevin mobil telefonuilə əlaqə saxlaya bilmirik. Xocalı sonda 7 dekabrda Bakıya gəlib müstəntiqlə görüşmək istəmişdir. Əvvəlcə 7 dekabr günorta biz 3 nəfər zərəçəkmiş Gündüz Əliyevin ofisinə getdik. O yenə də bizə bildirdi ki, "oğlunun ona-buna "atma”hərəkətlərindən bezibmiş. Həbs olunarsa vecinə olmayacaq. Budur, Sizdən sonra, sentyabrdan bu yana yenə 12 nəfərə "atıbdır”. İndi mənim əvvəlki gücüm yoxdur ki, onun əvəzinə pul ödəyim” və s. sözlər. Oğlunun indi harada olmasını soruşduqda isə atası cavab verdi ki, mən onu ofisə gəlməyə "qoymuram”, evinə ailəsinin yanına gedir. Biz atasından dələduz E.Əliyevin mobil telefonunu alıb getdik. Bu gün axşam saatlarında zəng edib Əvəzlə birlikdə bizdən aldadıb aldığı pulları nə vaxt qaytaracağını soruşduq. E.Əliyev bildirdi ki, indi məni Yasamal və Binəqədi polisi axtarır. Ona görə də bizim burada olduğumuzu polisə məlumat verməyin. Mən iki gündən sonra bir trenajor zalından pul alıb birinci növbədə Xocalı sənin pulunu 9 və ya 11 dekabrda qaytaracağam. Narahat olma. ”O əvvələr də Xocalıya telefonda etiraf etmişdir ki, sizin və digərlərinin şikayətləri məni çox xərcə salır. Buna görə də sizin pullarınızı vaxtında ödəyə bilmirəm. O açıq formada bildiridi ki, istintaq və təhqiqatdan yaxa qurtarmaq və "işini davam etdirmək” üçün imkan vermirsiniz ki, bu işləri yoluna qoyum.
Yasamal RPİ-si də peşəkar dələduzun axtarışındadır. E.Əliyev isə Xocalı və digər zərəçəkmiş Əvəzlə çox arxayınlıqla görüşüb söhbət edir və əvvəlki kimi boş boş vədlər verməklə məşğuldur. Deməli E.Əliyev yenə də bii kimi günahsız insanlara qarşı dələduzluğunu sərbəst formada davam etdirmək üçün polislə anlaşdığını bizdən gizlətmir. Xahiş edir ki, ondan az şikayət edək ki, o bizə qaytaracağı pulu guya kimlərdənsə alıb qaytarsın. Eləcə də həmin təklifi Yaamal rayon prokurorunun köməkçisi Gülüstan xanım da Xocalını 1 ay əvvəl Bakıya yanına dəvət edərək bildirmişdir ki, siz çox şikayət etməyin.
Müstəntiq A.Əliyevin dəlduzu axtarışa verməsi, tapmasının mümkün olmaması kimi sözləri, sonradan zənglərimizə cavab verməməsi, bu gün günorta isə biləndə ki, telefonda Xocalı İsmayılovdur, dərhal telefonu qapatması onu deməyə əsas verir ki, 65 gün ərzində heç bir istintaq hərəkəti aparmayan müstəntiq dəlduz E.Əliyevlə gizli sövdələşmişdir. Baxmayaraq ki, biz müstəntiqə 95 sayda səs yazıları, votsap yazışmaları, dəlduz ailənin hazırladığı və istehsal etdiyi məhsulları, dəlduzun bank kartına köçürmələrin qəbzlərini və s. sübutları təqdim etmişdik. Ən təəccüblüsü isə budur ki, guya müstəntiq Elvin Əliyevin əvvəllər məhkum olmasını araşdıra bilmirmiş. Cənab müstəntiq bizi uşaq yerinə qoymayın! Zəng edin ASAN xidmətə oradan dərhal siz polisə məlumat versinlər ki, bəli Elvin Əliyev CM-nin 178.1-ci maddəsi üzrə 2018-ci ilin iyunun 4-də məhkum edilmişdir. Necə olur ki, bu faktı biz araşdıra bilirik, polis müstəntiqi isə bacarmır, qəribədir, elə deyilmi? Və buna görə məhkum dələduz heçnədən narahat olmayaraq arxayınlıqla Azərbaycan vətəndaşlarını aldatmaqla dəlduzluğunu davam etdirir. Müstəntiq isə onun işini araşdırmaqda qəti olaraq maraqlı deyildir. Bəli, 7 dekabrda axşam Binəqədi rayonunda çay evində Xocalı və Əvəzlə görüşən dələduz Elvin Əliyev bir daha xatırlatmışdır ki, onu Binəqədi və Yaamal polisi axtarır. Bunun üçün o əlavə xərclər çəkir ki, "İŞLƏRİNİ” davam etdirə bilmir ki, bizim pulumuzu vaxtında qaytara bilsin. O elə Rəsulzadə qəsəbəsində ailəsiə yaşadığını qeyd etmiş və çox rahatlıqla bizimlə görüşmüşdür. Müstəntiq Abdulla da bizi yola verir ki, elvin dəlduzu tapa bilmirmiş. Biz müstəntiq Abdulla Əliyevin onun icraatında olan digər dələduzla bağlı eyni qaydanı tətbiq etməsini internet axtarış sistemindən əldə etdik. Qısası dələduzları müdafiə edən belə bir müstəntiqin bizim işimizi aparmasına biz də öz növbəmizdə qəti etirazımızı bildiririk. İşimizin birbaşa Bakı şəhər Prokurorluğunda peşəkar prokuror Azər Əsgərovun, ya da Bakı Baş Polis İdarəsində təqdim etdiyimiz sübutlar əsasında araşdırmasını baş Prokuror Zakir Qaralovdan, daxili işlər naziri Vilayət Eyvazovdan və prokuror İlqar Abbasovdan xahiş edirik". 
















Загрузка...
Загрузка...

Xəbər lenti