Cəbhəçi gənc azadlığa çıxdı

Cəbhəçi gənc azadlığa çıxdı
Загрузка...
 Fətullah Gülən camaatının üzvü olmaqda təqsirləndirilən AXCP üzvü azadlığa çıxıb. Musavat.com xəbər verir ki, 4 il azadlıqdan məhrumetmə cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cəzası başa çatdığı üçün bu gün azadlığa buraxılıb.
Bildirək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən yayılan rəsmi məlumatda bildirilir ki, F.Əhmədli "Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

Xəbər lenti