Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR

Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
Загрузка...
Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli Azərbaycanın daha bir neçə məmurunun Avropadakı biznes fəaliyyətinə dair sənədlər yayıb. Criminal.az xəbər verir ki, Cavanşir Həsənli sözügedən sənədlərdə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun və Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun adları çəkilir. 

Həmin məlumatları oxuculara təqdim edirik: "Keçmiş nəqliyyat nazirinin müavini, sabiq baş dəmiryolçu Arif Əsgərovun Slovakiyada oğullarının adına açdığı ELUREL TRANS S.R.O. şirkəti (Qeydiyyat nömrəsi: 36804576. Qeydiyyat ünvanı: Pezinská 185, 902 01 Vinosady) barədə məlumat vermişdim. Qeyd etmişdim ki, bu şirkət Arif Əsgərov vəzifədən gedənə qədər onun nəzarətində olub, lakin Nəqliyyat Nazirliyi ləğv olunandan sonra əlindən alınıb. Şirkət əvvəlcə Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun və xanımının adına keçirilir, 2018-ci ilin aprelin 4-dən isə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına rəsmiləşdirilir. 

Şirkət faktiki olaraq bir dəmiryolçudan başqa dəmiryolçuya keçir. Fəxri konsul isə Hicran Valehovun şəriki olur. Sənədlərə görə cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorová 5803/8, Pezinok 902 01.
Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var. Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş C E T S, s.r.o. şirkətinin sənədlərinə görə 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə A L L İ A N C E - G R O U P şirkətidir. 200 min çex kronu nizamnamə kapitalı olan C E T S, s.r.o. hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021). 2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb. Nizamnaməyə görə, istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər. 

Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda Alliance-group.eu, spol. s r.o şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur.
 
Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637). Alliance-group.eu, spol. s r.o daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur. 2016-cı ilin noyabrın 11-dən şirkətin Aynur Süleymanlı aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib". 










Загрузка...
Загрузка...

Xəbər lenti