Cavanşir Feyziyevi məhkəməyə verən Bəxtiyar Hacıyev imiş

Cavanşir Feyziyevi məhkəməyə verən Bəxtiyar Hacıyev imiş
 İctimai fəal Bəxtiyar Hacıyev Milli Məclisin deputatı Cavanşir Feyziyev barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət edib. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, deputat barəsində xüsusi ittiham qaydasında şikayət verib. Cavanşir Feyziyev barəsində Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) cinayət işinin başlanılması istənilir.
Fevralın 17-də Səbail Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.
Cavanşir Feyziyevi məhkəməyə verən şəxs ictimai fəal Bəxtiyar Hacıyevdir.

Xəbər lenti