Toydan çıxdılar, polislə dalaşdılar - FOTO

Toydan çıxdılar, polislə dalaşdılar - FOTO
Загрузка...

Tovuzda güclü dava olub. Hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Criminal.az Kəpəz TV-yə istinadən bildirir ki, toydan çıxan bir neçə nəfər "Niva" markalı avtomobillərlə dağ kəndi Göyəbaxana istiqamətlənərkən YPX-nın əməkdaşları onlara saxla əmri verib. 

Bu zaman sürücü və sərnişinlər polislərlə mübahisə etməyə başlayıblar. Hava qaralana qədər davam edən mübahisə vaxt keçdikcə daha da dərinləşib. Kənd ərazisində bir neçə saat davam edən dava-dalaş zamanı polis əməkdaşı Hikmət Quliyev yüngül xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, evə buraxılıb. Polis əməkdaşları əmrə tabe olmayan vətəndaşları və onların avtomobillərini Tovuz Rayon Polis şöbəsinə gətiriblər. Fakt araşdırılır. 

Criminal.az

ToydanToydan
Загрузка...
Загрузка...

Xəbər lenti