Canlı yayıma çıxan “Göyçaylı Rafiq” həbs edildi Canlı yayıma çıxan “Göyçaylı Rafiq” həbs edildi

Canlı yayıma çıxan “Göyçaylı Rafiq” həbs edildi
Загрузка...
Azərbaycanda sosial şəbəkələrdə narkotiki təbliğ edən həbs edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Reportyor.info-a verilən məlumata görə, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğ etməsini əks etdirən videogörüntü yayılıb.
Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə narkotiki təbliğ edənin Rafiq Qulizadə olması müəyyən edilib və saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 0,335 qram marixuana aşkar edilib. Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 29 sutka müddətində inzibati qaydada həbs edilib.
 "Göyçaylı Rafiq kayfdadır” başlıqlı həmin videoda Rafiq Quluzadə kimi təqdim edilən bir gənci görüntüləri təqdim olunub. Daha doğrusu, özü yutub sosial şəbəkəsinin canlı yayımına çıxaraq, dostları ilə söhbətləşir, kefli ovqat danışır və elan edir ki, bir azdan onu şit gülmək tutacaq. Məsələ burasındadır ki, videodan da görünür, R.Quluzadə adlı göyçaylı gəncin əlində nəşə var, onu açıq-aşkar göstərərək çəkir.
Videodan da görünür ki, onun çəkdiyi siqaret və ya siqar deyil, məhz narkotik maddədir. Lakin bu kadrların harada çəkildiyi bilinmir. Rafiq dostları ilə rahat şəkildə danışır, kefi kökdür, hətta hüquq-mühafizə orqanlarından birinin adın çəkərək replika atır. Deməli, özü də qanunsuz iş gördüyünün fərqindədir, sadəcə, əhvalı yaxşıdır, vecinə almır. Video şərhdə gedən bir xəbər də diqqət çəkicidir.

Загрузка...
Загрузка...

Xəbər lenti