Cahangir Hacıyevin cəzası azaldıldı

Cahangir Hacıyevin cəzası azaldıldı
Загрузка...
 Dünən Bakı Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev, sabiq millət vəkili Dünyamin Cəlilov və digərlərinin apelyasiya şikayətinə baxılıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Həsən Əhmədov C.Hacıyevin cəzasını 3 ay azaldıb.
Qərara əsasən, C.Hacıyev üzərində 16 il 3 ay azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Buna səbəb də qanunvericiliyə edilən dəyişikliklərdir. Belə ki, dəyişikliklərə əsasən Cinayət Məcəlləsinin 179-cu maddəsinin sanksiyasının yuxarı həddə olan cəzası aşağı salınıb.
C.Hacıyevlə birgə təqsirləndirilən şəxslər barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Xəbər lenti