Cahangir Hacıyevin bacısı prezidentə müraciət etdi

Cahangir Hacıyevin bacısı prezidentə müraciət etdi
Загрузка...
 Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarına
Möhtərəm Cənab Prezident!
Mən bir ildir ki, ( 15 sentyabr 2018-ci ildən ) Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşım Cahangir Hacıyevlə görüşə bilmirəm, bizim görüşümüzə icazə verilmir, telefon danışıqlarına da icazə verilmir. Məhkəməyə müraciət etmişik, bir ildir ki, müxtəlif məhkəmə mərhələlrində görüş probleminə baxılır, amma heç bir nəticə yoxdur.
Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa da müraciət etmişik, yenə də heç bir nəticə yoxdur. Qanunla məhbusun ailə üzvləri ilə görüşmək hüququ var. Niyə biz bu hüquqdan məhrum olmuşuq, məlum deyil, səlahiyyətli müvafiq orqanlar bu problemi həll etmirlər, müraciətlərə cavab da vermirlər. Biz nə edək? Ona görə Sizə müraciət etmək məcburiyyətindəyik. Bu qanunsuzluğun aradan qaldırılmasında Sizdən kömək istəyirik. Bizə kömək etməyinizi xahiş edirəm.
Hörmətlə, Hacıyeva Əminə Fevzi qızı
Загрузка...
Загрузка...

Xəbər lenti