Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı

Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı
Загрузка...
Sabiq bankir Cahangir Hacıyevin bacanağı azadlığa buraxılıb. Musavat.com xəbər verir ki, Beynəlxalq Bank işinə görə həbs edilən İsmayıl Hidayətzadə bir neçə gün əvvəl azadlığa çıxıb.
Xatırladaq ki, İsmayıl Hidayətzadə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və sabiq deputat Dünyamin Xəlilovla birlikdə müttəhimlər kürsüsünə çıxarılırdı. Məhkəmə Dünyamin Xəlilova 14 il 6 ay, Cahangir Hacıyevə 17 il, İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdi.
Onun barəsində ilk hökm 2015-ci ildə çıxarılmış, cəzası da həmin gündən hesablanırdı. İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin daha əvvəlki hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, Apellyasiya Məhkəməsi isə onun cəzasını 5 ilə endirilmişdi. Növbəti cinayət işi üzrə məhkəmə iclasında isə cəzası qəti olaraq 5 il 6 ay olaraq müəyyən edilmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti