Cahangir Hacıyev: O vaxt məndən 20 milyon avro istəyirdilər

"Qırmızı xətti keçmək, o səviyyəyə düşmək istəmirəm"
"Heç olmasa, imkan verin, məhkəmədə danışım. Məni maraqlandıran odur ki, görəsən ittihamçılar bu işlə tanış olanda televizora baxıblar? Məni 4,7 milyardlıq mənimsəmədə ittiham edirlər. Bu rəqəm Azərbaycan büdcəsinə Neft Fondundan transfertləri çıxsaq, büdcənin yarısı deməkdi. Mərkəzi Bankın valyuta ehtiyatlarına bərabər rəqəmdir. Şüarlarla danışmaqla deyil, fakt olmalıdır".
Bu sözləri məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı" ASC"nin İdarə Heyətinin sabiq sədri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev deyib.
O, fevralın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.
15 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılan üç il əvvəlki məhkəməsini də, indiki məhkəmədə prokurorun elan etdiyi ittihamları da "şou" adlandıran C.Hacıyev bildirib ki, ona yaxınlarıyla telefon danışığına belə imkan verilmir, hətta vəkillərilə də görüş hüququ məhdudlaşdırılır.
C.Hacıyev hesab edir ki, onu ittiham edən prokurorlar da, hökm çıxaracaq hakimlər də bu cinayət işini oxumayıblar: "Dövlət ittihamçısı cinayət işinin 365 cild olduğunu deyir. Amma iş 361 cilddir".
C.Hacıyev haqqında cinayət işinin istintaqını Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi aparıb. Təqsirləndirilən sabiq bank rəhbəri isə bildirir ki, onlarla hələ 14 il əvvəldən aralarında ədavət olub: "Bandotdel"in 2005-ci ildən mənimlə ədavəti var. O vaxt məndən 20 milyon avro istəyirdilər. İndi də eyni adamlardır".
C.Hacıyev bildirib ki, onu 4.7 milyardlıq mənimsəmədə ittiham edirlər, lakin bu vəsaitlərin ona çatdığını təsdiqləyən heç bir sənəd, ifadə yoxdur.
C.Hacıyev Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin onu mənimsəmədə ittiham edən birgə açıqlaması haqda da danışıb. Bildirib ki, o, dövlət məmuru olmayıb, Beynəlxalq Bank da büdcə təşkilatı deyildi. Sadəcə, bankda dövlətin payı 50.2 faiz olub:
"Mən prezidentin sərəncamı ilə təyin olunmamışam. Dövlətdən yalnız nizamnamə kapitalı alınıb, onun da müqabilində dividendlər verilib. Mən dövlət məmuru olmamışam.
Prezident sərəncamlarından da görünür ki, bankları Mərkəzi Bank yoxlaya bilər, Daxili İşlər Nazirliyi yox. Bu cinayət işi mənim keçmiş müavinim Emil Mustafayevin bir məktubu əsasında başlanıb. Ona bu məktub göstərişini kim vermişdi? Əgər verilmiş kredit qaytarılmırsa, bunun üçün qanunda müəyyən tədbirlər nəzərdə tutulub. Qanuna görə, kreditlərin qaytarılmasında problem varsa, məhkəməyə verilə bilər, əmlaka yönəldilər. Tədbirlər nəticə vermədikdə isə bu hal üçün də ümidsiz kreditlərin silinməsi anlayışı var. Bəs bu işə niyə hüquq-mühafizə orqanları qoşulub? Məsələ aydındır".
C.Hacıyev bildirib ki, bir neçə il öncə Vergilər Nazirliyi Beynəlxalq Bankda ciddi yoxlamalar aparıb. Yoxlamalar bir neçə illik dövrü əhatə edib. Araşdırma çərçivəsində bir neçə cinayət işi başlanıb, lakin sonradan prokurorluq özü həmin cinayət işlərinə xitam verib:
"İş materiallarında vergilər nazirinin müavini Natiq Əmirovun daxili işlər nazirinin müavini Vilayət Eyvazova məktubu var. Göstərilib ki, Beynəlxalq Bankla bağlı 37 cinayət işinə 18 qərarla xitam verilib. Çünki cinayət tərkibi olmayıb. İndi o dövrlə bağlı ittiham veriblər. Cinayət vardısa, niyə xitam verirdiz? İttihamda hər yerdə yazılıb ki, "Cahangir Hacıyevin göstərişilə". Kimə göstəriş vermişəm, nə demişəm? Demişəm ki, o pulları mənə gətirin, ya hesabıma köçürün?
İttihamda yazıblar ki, guya layihələrin dayanıqlılığı müəyyən edilmədən kreditlər verilib. Siz o kreditlərin, layihələrin tarixinə baxın. Onlar ölkədə 600 min iş yeri yaradılmasına dair dövlət proqramı çərçivəsində verilib".
Təqsirləndirilən sabiq bankir deyib ki, onun və bir neçə başqa təqsirləndirilən şəxsin, o cümlədən Dünyamin Xəlilovun istintaqa təqdim etdiyi, onların təqsirsizliyini sübut edən sənədlər qəbul olunmayıb. Təqsirləndirilən digər 21 nəfərdən əksəriyyətini tanımadığını deyən C.Hacıyev bildirib ki, buna baxmayaraq, onlara mütəşəkkil dəstə ittihamı verilib.
O, kredit verilən şirkətlərin sonrakı taleyindən də danışıb: "Deyəsən, bunlara elə gəlir ki, bankda məndən başqa adam olmayıb, hər işi mən görməliydim. Bəs onda işçilər nə üçündür? Prokurorluqda bütün işləri Baş prokuror görür? Bizim dövrümüzdə kredit verilən bir çox şirkət var ki, indi götürüb adlarını dəyişiblər. Adı dəyişməklə deyil axı... Belə şey ola bilməz ki, aktivləri götürəsən, passivləri yox. Aktivlərlə passivlər birlikdə olmalıdır. Aktivləri götürürlər, deyirlər, borcu siz ödəyin".
C.Hacıyev bildirib ki, o, 2015-ci ilin martında öz ərizəsilə işdən çıxıb. Ondan sonrakı dövrdə bank zərərlə işləyib: "2014-cü ili 40 milyon xalis mənfəətlə başa vurmuşduq. Məndən sonra 2015-ci ildə 823 milyon zərər olub. 2016-cı ildə zərər 1.6 milyarda çatıb. Bunu özümdən demirəm, bankın saytında hesabat dövrünə aid rəqəmlər var. Banka mən ziyan vurmamışam, məndən sonra ziyan vurulub, kapital azalıb. Mənim vaxtımda Beynəlxalq Bankın aktivləri 7 milyard idi. Dövlət təşkilatlarına, bir də "Akkord”a verilən kreditləri çıxsaq, cəmi 2 milyard qalırdı. Tutaq ki, Cahangir Hacıyev pis menecer olub, dağıdıb, axı bu halda da 2 milyarddan artıq dağıtmaq olmazdı. Bankdan 2 milyard gedibsə, bizdən sonra dövlətdən niyə 12 milyard aldılar? Hanı bu vəsait? 1.5 milyard Neft Şirkətinə kredit verilib, sonra silinib. Bəs qalan 8 milyard hardadır? Əsl cinayət budur. Bu milyardların yoxa çıxması bizdən sonra olub. Bizi ittiham etməklə deyil.
İstintaq orqanı mənim işimlə əlaqədar dünyanın ən böyük hüquq şirkətlərindən biri ilə müqavilə bağlayıb. 1 milyon pul ödəyiblər ki, mənim əmlaklarımı axtarıb tapsınlar. Heç nə də tapmadılar".
Prokuror bildirib ki, hüquq şirkətilə müqavilə bağlanması barədə səslənən fikir absurddur. Belə hal yoxdur".
C.Hacıyev öz fikrində qalıb. İfadəsini isə belə yekunlaşdırıb: "Səməd Vurğunun bir fikri var:
Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir.
Unutmayın, vaxt gələcək bu kürsüdə əsl cinayətkarlar oturacaq”.
Daha sonra C.Haclyev prokurorun və vəkillərin suallarını cavablandırıb. Prokuror ondan Dünyamin Xəlilovla münasibətləri barədə soruşub. O bildirib ki, D.Xəlilovu gənclik illərindən tanıyır. Amma biznes əlaqələri olmayıb:
"Onun şirkət rəhbəri olduğunu bilirdim. Azərbaycan ərazisində müəyyən layihələr vardı, idarəçilik üçün ümumi holdinq yaradılmışdı. Bir çox layihəyə Dünyamin Xəlilov rəhbərlik və nəzarət edirdi. Mən tapşırmışdım. Amma o, tək deyildi. Beynəlxalq Bankın məsul işçiləri də nəzarət edirdi ki, kreditlər təyinatı üzrə xərclənsin".
İttihamda yazılıb ki, D.Xəlilovla C.Hacıyevin dostluq münasibətləri olduğundan sabiq bank rəhbərinin göstərişilə onun şirkətlərinə kreditlər ayrılıb. Prokuror dəfələrlə bu haqda soruşub. C.Hacıyevin cavabı belə olub:
"Mən bilirəm siz sözü hara çəkirsiz. Amma biləsiniz, qırmızı xətlər var ki, onları keçmək istəmirəm. Nə demək istədiyimi başa düşürsüz. Məni o xətləri keçməyə məcbur etməyin. Mən bir-bir sadalayım ki, başqa göstərişləri də kimlər verib?"
C.Hacıyıyev digər təqsirləndirilən İsmayıl Hidayətzadənin bacanağı olduğunu, bankdan ona kredit ayrıldığını təsdiqləyib: "Bəli, İsmayıl mənim bacanağımdır, lakin vaxtım olmurdu ki, onunla tez-tez görüşəm. O, layihə ilə bağlı Beynəlxalq Banka müraciət edib, sonra ona kredit ayrılıb. Layihə də hazırlanıb və təhvil də verilib".
Hakimin suallarına cavab verən C.Hacıyev bildirib ki, xarici şirkətlərə layihə üçün köçürülən pulların hamısı Azərbaycana qayıdıb:
"Bu layihələr Azərbaycana ancaq xeyir verib".
Təqsirləndirilən şəxslərdən Zaqatala Olimpiya Kompeksini Arif Ramazov da məhkəmədə ifadə verib. O bildirib ki,
2008-ci ildə Kompleksin açılışı olub və o vaxtdan direktor vəzifəsinə təyin edilib:
"Bütün tapşırıqları Dünyamim Xəlilovdan almışam. Aylıq əməkhaqqım 300-600 manat arası olub. İşlədiyim dövrdə bütün sənədlərlərlə tanış olmuşam. Lakin sənədləşmə işlərinə, köçürmələrə Dünyamin Xəlilov baxırdı. Onun verdiyi tapşırıqları icra etmişəm".
A.Ramazanov deyir ki, "Simurq" futbol klubunun ev oyunları keçirdiyi stadionun tikintisini də onlar həyata keçirib:
"Həmin tikinti başa çatmadı. Bu səbəbdən Beynəlxalq Bankdan 1 milyon 350 min manat kredit ayrıldı. Krediti gedib götürdük. Lakin pulun xərclənməsinə də Dünyamin Xəlilov rəhbərlik edib".
A.Ramazanov əlavə edib ki, Zaqatala Olimpiya Kompeksinə direktor vəzifəsinə namizədliyini C. Hacıyev vermişdi.
Məhkəmə fevralın 11-də davam edəcək.
Xəbər lenti
-
22:32"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - dələduz qadının ilginc əməlləri
-
22:28Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı
-
22:25Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı
-
20:18“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
-
20:15Əfqanıstanda 7 polis öldürüldü
-
20:10"Hər gecə dua edirəm ki, Allah canımı tez alsın”
-
14:18Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
-
13:24Milli Şura yenə mitinq təyin etdi
-
12:35Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
-
01:43Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
-
00:39Biləsuvar sakini: Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı
-
20:18В Одессе за разбой задержали банду «вора в законе» Гули. Изъят арсенал оружия
-
19:57Bakıda silahlı şəxs saxlanıldı
-
19:55Maşın oğruları tutuldu
-
19:53“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin izi görünür”
-
19:08Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb
-
15:44Azərbaycanın məşhur məmuru Avropada hamam xalatı satdırır
-
15:08Ombudsman Aparatının əməkdaşları təcridxanada jurnalistlə görüşüb
-
14:00''Taleh Bağırzadə xahişimizi nəzərə alıb aclığı dayandırdı''
-
13:58Bakıda kütləvi maliyyə fırıldağı – “Zərərçəkmişlərin sayı yüzlərlədir”
-
00:38Hacıqabulda: Həyat yoldaşı intihar etdi, xanımı da özünü asdı
-
23:23Məşhur biznesmenin müəmmalı ölümündən 5 ay ötdü
-
21:02"Günah öləndə olur, söyməzdi, vurmazdım"- müdirini öldürənə hökm oxundu
-
20:54Əli Həsənovdan “Neolit” kafesindəki insidentlə bağlı - Açıqlama
-
20:38Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı
-
20:33Azərbaycanlıları təhqir edən Əlixanı Moskvada bu hala saldılar
-
20:25Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
-
20:24Moskvadakı atışma azərbaycanlılarla çeçenlər arasında olubmuş
-
20:20Penitensiar Xidmət: Taleh Bağırzadəyə qarşı hüquqazidd hərəkətlərə yol verilməyib
-
18:13Məhbus ailələrinə yardım edən inanclı fəal həbs olunub
-
18:104 il öncə İŞID-a qatılan ingilis: Peşman deyiləm, amma qayıtmaq istəyirəm
-
14:56Putinin kriminal avtoritetlərlə bağlı planları var
-
14:46Nurəddin Xoca: Mənim Elmar Vəliyev, Etibar Pirverdiyevlə nə düşmənçiliyim ola bilər?
-
14:36“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi
-
14:29Azərbaycanlı biznesmenə silahlı hücum - 100 nəfər əlbəyaxa oldu
-
14:14Dünya çempionu həbs edildi - Arvadını döyüb
-
18:4723 yaşlı gənc: Məni ölməyə qoymayın
-
18:44Azərbaycanda yeni ''ONA'' adlı informasiya agentliyi yaradılır
-
15:31Heydər Əliyev Fondu Bərdədəki kimsəsiz qadını nəzarətə götürdü
-
15:23Əli Abbasovun adamı da həbsdən canını qurtardı - 300 minlik villasını verdi
Digər xəbərlər
-
Manşet, Məhkəmə
Məmməd İbrahim azadlıqda
-
Manşet, Məhkəmə
Eldar Mahmudov ətrafında nə baş verir - əsas fiqurant həbsdən buraxılmadı
-
Manşet, Məhkəmə
Jurnalistə qarşı ifadə verən sabiq polis məhkəməyə məcburi gətiriləcək, şöbə müdiri isə...
-
Manşet, Məhkəmə
Cahangir Hacıyev: O vaxt məndən 20 milyon avro istəyirdilər
-
Manşet, Məhkəmə
İşgəncə ilə ölüm işini üstünə götürən vətəndaş AZADLIQDA - Məhkəmədən sensasion qərar
-
Manşet, Məhkəmə
Eks məhkəmə hakimi həbs edilib
-
Manşet, Məhkəmə
''Alt paltarında tualeti təmizlətdirib, kameraya çəkirdilər...''
-
Manşet, Məhkəmə
Ramil Usubovun mühafizəçisi olmuş polis: Rəis məndən 200 min manat istədi
-
Manşet, Məhkəmə
‘Mənə işgəncə verənlərin hamısı oruc tuturdular…’