“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”

09 Mart 2022, 23:45
09 Mart
2022
23:45
1148
Zərifə Həmzəyevanın nümayəndəsinin İlqar İsmayılova qarşı şikayətinə baxılıb
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov deyir ki, AZAL prezidenti Cahangir Əsgərov və onun xanımı Zərifə Həmzəyevadan 16 milyon manatını tələb etdiyinə görə hazırda sifarişlə həbsdədir. Bu barədə o, Bakı Apelyasiya Məhkəməsində danışıb.
Bu məhkəmədə hakim İlqar Murquzovun sədrliyilə Zərifə Həmzəyevanın hüquqşünası və nümayəndəsi Məharət Hüseynlinin İlqar İsmayılova qarşı şikayətinə baxılıb. İş adamının təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Məharət Hüseynli bu məqsədlə Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırmışdı.
O iddia edir ki, İlqar İsmayılovun AZAL prezidentinin ailəsi tərəfindən təzyiqlərə məruz qalması, sifarişlə həbs edilərək, şirkətdəki payının zorla əlindən alınması və s. haqda dövlət orqanlarına şikayətlərində yazdıqları, sosial mediada paylaşdıqları məlumatlar böhtandır. Nəsimi Rayon Məhkəməsi onun şikayətini təmin etməmiş, İlqar İsmayılov haqqında bəraət hökmü çıxarmışdı. Apelyasiya Məhkəməsində Məharət Hüseynlinin həmin hökmdən verdiyi şikayətə baxılır.
Məhkəmədə çıxış edən İlqar İsmayılov AZAL prezidenti və xanımının ona qarşı ittiham və iddialarını Ermənistanın Qarabağ iddiasına bənzədib:
"Mənə qarşı ittihamlar Ermənistanın Qarabağ torpaqlarının ona aid olmasına dair iddiaları qədər absurd, məntiqsiz və qanunsuzdur. Təəssüf ki, Azərbaycan məhkəmələri də bu şəkildə absurd, qanunsuz və sübutsuz ittihamlarla sifarişlə hökmlər çıxarır. Bu cür hökm və qərarlar məhkəmə islahatlarına kölgə salır”.
İş adamı deyib ki, ona qarşı böhtan və təhqir iddiasıyla bağlı hazırda məhkəmədə baxılan iş artıq qapadılmalıydı. Çünki 2021-ci ilin noyabrında Zəfər Günü münasibətilə tətbiq edilən Amnistiya Aktının təsiri altına düşür. Amma o, özünü təqsirli bilmədiyinə görə Amnistiya Aktının ona münasibətdə tətbiqinə də ehtiyac görmür:
"Azərbaycan xalqına bu Amnistiya Aktını töhfə verdiyinə görə, cənab prezident başda olmaqla, Milli Məclisə təşəkkürümü bildirirəm. Lakin özümü Cahangir Əsgərov və Zərifə Həmzəyevanın irəli sürdüyü ittihamların heç biri üzrə təqsirli bilmirəm. Ona görə də sona qədər təqsirsizliyim və bəraətim uğrunda mübarizə aparacağam. Bu səbəbdən heç mənə Amnistiya Aktı tətbiq edilməsini istəmirəm”.
Hakimləri cəsarətli olub, ədalətli qərarlar verməyə səsləyən İlqar İsmayılov məhkəmədə çıxış edərkən AZAL prezidentinin ona 2017-ci ildə 2 milyon manat maddi yardım etməsi haqda yayılan xəbərlərə də münasibət bildirib. O, bunu təkzib edib.
"Bütün bunlar şayiədən başqa bir şey deyil. Heç vaxt Cahangir Əsgərovdan nə maddi yardım istəmişəm, nə də qəbul etmişəm. Əslində, Cahangir Əsgərov özü də heç kimə maddi yardım edən şəxs deyil. Cahangir Əsgərov mənə "İdeal” şirkətində olan payımın əvəzi olaraq, 18 milyondan cəmi 2 milyonu ödəyib. Yəni, bu, mənim haqqımdır, yerdə qalan 16 milyonu isə bu günədək ödəməyib”, – iş adamı bildirib.
İlqar İsmayılov əlavə edib ki, məhz həmin 16 milyonu tələb etdiyinə görə həbsdədir:
"Bu səbəbdən Cahangir Əsgərov və onun həyat yoldaşı Zərifə Həmzəyeva ilə 10-a qədər məhkəmə çəkişməsindəyəm”.
Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə çıxarılan hökmə əsasən, İlqar İsmayılov 6 il azadlıqdan məhrum edilib
2021-ci ilin aprelindən həbsdə olan iş adamı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirli bilinib.
İttihama əsasən, iş adamı 2013-2016-cı illərdə "İdeal”ın kassasından şirkətin digər həmtəsisçisi Zərifə Həmzəyevanın xəbəri olmadan 680 min manat vəsait götürərək, şəxsi ehtiyaclarına xərcləyib.
İddiaya görə, bunun 280 min manatına özünə mənzil alıb.
İlqar İsmayılov özünü təqsirli bilmir, ittihamda yazılanların əsassız, uydurma olduğunu, Nərimanov rayonundakı mənzilin isə ümumiyyətlə, 280 min manata alınmadığını deyir.
İlqar İsmayılov "İdeal Company”ni 1999-cu ildə yaradıb. 2011-ci ildə şirkətin 50 faizini AZAL prezidentinin xanımına sataraq, onunla şərik olub.
İş adamının sözlərinə görə, həmtəsisçi olandan sonra Zərifə Həmzəyeva qalan payı da ələ keçirmək istəyib. O isə payını verməkdən imtina etdiyinə görə 2016-cı ildə barəsində saxta ittihamla cinayət işi başlanıb, həbs edilib. Şirkətdə olan payını verəndən sonra öncə ev dustaqlığına buraxılıb, daha sonra – 2017-ci ilin yanvarında isə həmin cinayət işinə xitam verilib.
İlqar İsmayılov vurğulayıb ki, Cahangir Əsgərov və xanımının əmlakını zorla əlindən alması barədə şikayətlərinə görə onu cəzalandırmaq, fəaliyyətinin qarşısını almaq üçün barəsində yenidən cinayət işi başlandı: "Bu uydurma ittiham əslində, mənim hüquqi müstəvidə başladığım mübarizəyə qarşı yönəlmiş maneədir. Bu məhkəmənin nəticəsindən asılı olmayaraq, əlimdən zorla alınmış haqqım bərpa edilənə qədər mübarizəmi davam etdirəcəm”.
"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib.
Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarıdır. O, həm də kosmetik məhsullar istehsal edən "Gazelli Group”un rəhbəridir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”