Böyük cinayətə adı qarışan Zeynəb Xanlarovanın bacısı oğlu gizlincə azadlığa buraxıldı

05 Aprel 2021, 17:23
05 Aprel
2021
17:23
148
Eks-deputat Zeynəb Xanlarovanın həbsdə olan bacısı oğlu Daşqın Nəsirovun azadlığa buraxılması kəskin etiraz doğurub. Türkan qəsəbə sakinləri olan ahıl qadınlar Baş Prokurorluğun binası önünə gedərək baş verən qanunsuzluğa etiraz ediblər.

Daşqın Nəsirov 2 ahıl qadının – 80 yaşlı Əzizəxanım Atayevanın və 90 yaşlı Xumara Şabanovanın Türkan qəsəbəsində, dəniz sahilində yerləşən bağ torpaq sahələrini saxtakarlıqla ələ keçirməkdə ittiham olunaraq 4 ay əvvəl həbs olunub. Bu səs-küylü işlə bağlı Baş Prokurorluq 2020-ci il dekabrın 25-də rəsmi məlumat yaymışdı.
Həmin məlumatda deyilirdi:
"Həyata keçirilmiş intensiv istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edərək qəsəbə sakinləri 1939-cu il təvəllüdlü Əzizəxanım Atayevanın və 1928-ci il təvəllüdlü Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırlamalarına, daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış məktublara qeyd olunan şəxslərə məxsus Türkan qəsəbəsi "Bağlar Məscidi” deyilən ərazidə yerləşən bağ sahəsinin guya Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşməsini əks etdirən yalan məlumatlar daxil etmələrinə, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Daşqın Nəsirovun azad olunmasına torpaqları mənimsənilən, onlara qarşı külli miqdarda ziyan vurulmuş zərərçəkənlər etiraz edirlər. Onlar Baş Prokurorluğun binası önünə gedərək üzərində "Kamran Əliyev bu işi nəzarətə götürün! Ümidimiz sizədir”, "Cənab Prezident! Yaşlı anaların haqlarını yeyənlərin cəzasını verin! Daşqın Nəsirov qanunsuz olaraq azadlığa çıxdı!” sözləri yazılmış transparantlarla etiraz aksiyası keçiriblər.
Tələb ediblər ki, 200016059 nömrəli cinayət işi üzrə təqsirli bilinərək həbs edilən Daşqın Nəsirov həbs edilsin.

"Daşqın Nəsirov hazırda Türkan qəsəbəsində açıq-aşkar küçələrdə gəzir və bizə deyir ki, "nə etdiniz mənə, görün bundan sonra başınıza nələr gəlir! Siz 3 nəfəri tutdurdunuz, sonra oldu 3-1, hazırda mən çıxmışam həbsdən olub 2-1 bir neçə həftədən sonra 0-1, sonra isə 0-6 olacaq” –deyə zərərçəkənlər bildirib.
Onlar deyir ki, Türkan qəsəbəsi o qədər də böyük deyil. Daşqın Nəsirov COVİD-19 xəstəliyi adı ilə ev dustağı adı ilə azadlıq əldə edib. Daşqın Nəsirov xəstə deyil o, sadəcə "maşallah” geniş imkanları nəticəsində qanunsuz olaraq azadlıq əldə edib.
Baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, Daşqın Nəsirov həbsə qaytarılsın, qanunsuz olaraq həbsə alınan, günahı bizə kömək etməkdən ibarət olan Natiq Məhəmmədsoy azad olunsun.
Xəbər lenti
-
21:50İcra başçısına 20 min rüşvət verən icra nümayəndəsi jurnalistin məhkəməsinə gəldi - hakim danışmağa imkan vermədi
-
11:29Vəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb
-
11:26Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal
-
11:236 aylıq komadan sonra şəhid oldu...
-
11:20Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
19 Aprel 2021
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Foto, Video, Cinayət
Böyük cinayətə adı qarışan Zeynəb Xanlarovanın bacısı oğlu gizlincə azadlığa buraxıldı
-
Manşet, Foto, Video, Cinayət
Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
Manşet, Foto, Video, Cinayət
Jurnalistlərə "işverən" deyən "Fairmont Baku" "qəhrəmanı" da saxlanıldı
-
Manşet, Foto, Video, Cinayət
"Maska" əməliyyatında tutulan şəxs məşhur apteklər şəbəkəsinin baş direktorunun əridir
-
Manşet, Foto, Video, Cinayət
Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
Manşet, Foto, Video, Cinayət
Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi
-
Manşet, Foto, Video, Cinayət
Həbs edilən kriminal "Ramoş” kimdir? - ONUN ÇAY EVİNDƏKİ DAVASININ GÖRÜNTÜSÜ
-
Manşet, Foto, Video, Cinayət
Azərbaycanlı iş adamı Moskvada bankdan çıxarkən öldürüldü, 50 min dolları aparıldı - QƏTL ANI
-
Manşet, Foto, Video, Cinayət
Bakıda həyat yoldaşı ilə adam oğurlayan çempion kimdir?