Butina oktyabrın 25-də azadlığa buraxılacaq

Butina oktyabrın 25-də azadlığa buraxılacaq
Загрузка...
 Birləşmiş Ştatlarda qeydiyyatsız xarici agent kimi məhkum edilmiş, rusiyalı silah hüquqları fəalı Maria Butina-nın həbs cəzası 10 gün azaldılıb. Bu haqda iyunun 22-də TASS dövlət xəbər agentliyi Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Leonid Slutsky-yə istinadla yazıb.
Qərar Butina-nın mayın 15-də verdiyi apellyasiya şikayəti üzrə çıxarılıb. Hazırda Florida ştatında federal həbsxanada saxlanan Butina oktyabrın 25-də azadlığa çıxmalıdır. O, apreldə təqsirini boynuna alıb, qeydiyyatsız xarici agent kimi fəaliyyət göstərməkdə təqsirli bilinib.
Butina 2018-ci ilin iyulunda saxlanandan həbsdədir. Butina Milli Silah Assosiasiyası və digər qruplar barədə gizlicə kəşfiyyat məlumatı topladığını, bunu rusiyalı deputat Aleksandr Torshin-in nəzarəti altında etdiyini boynuna alıb. Vaşinqtonda məhkəmənin çıxardığı qərarda Butina-nın həbs cəzası bitincə dərhal Rusiyaya deportasiya olunması da yer alıb.
Загрузка...
Загрузка...

Xəbər lenti