"Buldozer Zülfəli" qazinin qardaşını həbs etdirmək istədi - Gültəkin Hacıbəylinin keçmiş ərinin əli ilə...

''Terminal Group'' şirkətinin rəhbəri Zülfəli İsmayılov Qarabağ qazisinin qardaşını həbs etdirmək istəyir. Bu barədə Criminal.az-a vəkil Elçin Sadıqov məlumat verib. E.Sadıqov bildirib ki, müdafiə etdiyi Məmmədov Emil Aydın oğlunun barəsində Terminal Group MMC-nin saxta şikayəti əsasında Xətai Rayon Prokurorluğunda cinayət işi başlanmışdı. Vəkilin sözlərinə görə, bütün istintaq hərəkətlərinə vaxtında gəlməyinə baxmayaraq, sırf saxta ittihamı qəbul edib, ödəniş etmədiyi üçün indi barəsində həbs qətimkan tədbrinin seçilməsi barədə təqdimat verilib: "Halbuki, 1 həftə əvvəl Xətai Rayon Prokurorunun qəbulunda olmuşduq və o qazi qardaşının, iki körpə qız atasının barəsində həbs seçilməsi üçün təqdimat verilməyəcəyini demişdi. Bu gün sifariş gəldiyi üçün mövqe dəyişdi. Azərbaycan Respublikasının Baş Prokrorluğundan xahiş edirəm ki, bu rəzilliyin qarşısını alsın". 

Bu gün Bakı Şəhər Xətai Rayon Məhkəməsinin hakimi Cavid Hüseyn Məmmədov Emil Aydın oğlunun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə Xətai Rayon Prokurorluğunun müstəntiqi Mahmud Mehdiyevin vəsatətini təmin etməyib.  

Xatırladaq ki, E.Məmmədov qazi Məmmədov Ülfət Aydın oğlunun qardaşıdır. O, ölkə başçısı tərəfindən "Laçının azad edilməsinə görə" medalı ilə təltif edilib.
Əlavə edək ki, həbs-qətimkan tədbirinin seçilməsi barədə Xətai Rayon Prokurorluğunun müstəntiqi Mahmud Mehdiyev Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşıdır. 
Qazinin qardaşını tutdurmaq istəyən Z.İsmayılov isə uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət və təftiş şöbəsinin müdiri işləyib. Qədim Bakının sökülməsində xidmətləri çox olduğundan mətbuatda onun adı "Buldozer Zülfəli” kimi təqdim edilib. 


Xəbər lenti