“Büdcədən 21 milyardın hara xərclənməsinin hesabatı verilsin” - Qubad İbadoğlu

“Büdcədən 21 milyardın hara xərclənməsinin hesabatı verilsin” - Qubad İbadoğlu
Загрузка...
"Büdcədən 21 milyardın hara xərclənməsinin hesabatı verilsin”. Criminal.az xəbər verir ki, iqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad Ibadoğlu müdafiə büdcəsinin şəffaflığını artırmaq üçün 5 təklif irəli sürüb. 
"2008-ci ildən indiyə qədər dövlət büdcəsindən birbaşa müdafiə xərcləri adı ilə 21 milyard 954 milyon 200 min manat vəsait ayrılıb. Xatırlayıram ki, bir vaxtlar ata Əliyevin hakimiyyəti dövründə məcbur köçkünlər hər Novruz bayramını həsrətlə gözləyirdilər ki, doğma yurdlarına qayıdacaqlar, amma ildən ilə Qarabağdan daha uzaq düşürük” deyən Q. İbadoğlu bildirib atəşkəsin imzalandığından ötən vaxt ərzində həlli vacib olan başlıca problemlərdən biri də ölkənin müdafiə qabliyyətinin möhkəmləndirilməsi və silahlı qüvvələrin texniki təminatının yaxşılaşdırılmasıdır. 

İqtisadçı hesab edir ki, bu problemlərin müvəffəqiyyətlə həlli həmin məqsədlər üçün ayrılmış büdcə vəsaitlərindən səmərəli istifadədən asılıdır: "Məlumat üçün qeyd edim ki, 2008-ci ildən indiyə qədər dövlət büdcəsindən birbaşa müdafiə xərcləri adı ilə 21 milyard 954 milyon 200 min manat vəsait ayrılıb. Bu son 12 ildə hər il orta hesabla 1 milyard 829 milyon 500 min manat vəsait edir. Şübhəsiz ki, büdcə vəsaitlərinin səmərəliliyi də ayrılmış xərclərə dair məlumatlara çıxış, şəffaflı və hesabatlılıq sayəsində mümkündür. Azərbaycanın parlamenti və ictimaiyyəti hazırda bu imkanlarından məhrumdur”. 

Q. İbadoğlu bildirib ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı aşağıdakı təklifləri irəli sürür:
- Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2018-ci və ondan əvvəlki illərin müdafiə büdcəsi ilə bağlı qapalı dinləmələr təşkil olunsun.
- Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərclərinin konfidensiallıq təşkil edən xərcləri istisna olmaqla digər xərclərinin inzibati, iqtisadi və funskional təsnifatının hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim edilsin.
- Müdafiə və milli təhlükəsizlik xərclərinin Hesablama Palatası tərəfindən auditi aparılsın və rəy hazırlansın.
- Müdafiə və milli təhlükəsizlik xərclərinin şəffaflığının və hesabatlılığının artırılması, müdafiə qüvvələrinin təchizatı ilə bağlı dövlət sifarişləri üzrə tenderlər açıq keçirilsin.
- Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğalda saxlamasından Azərbaycan iqtisadiyyatına dəyən maddi və mənəvi ziyanın dəyərləndirilməsi üçün müstəqil ekspert komissiyası təşkil olunsun.
Загрузка...
Загрузка...

Xəbər lenti