“Bu işlərin başında Daşqın Nəsirov dayanıb. Onu həbs edin!” – 92 yaşlı qadın məhkəmədən tələb etdi

04 İyun 2021, 18:45
04 İyun
2021
18:45
2150
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun, onunla birgə mühakimə olunan makler Çingiz Səfərov, Rahil Babayev, Zəfər Abdulov və Eldar Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Daşqın Nəsirov iş üzrə təqsirləndirilən şəxs statusunda olsa da, həbsdə deyil. Barəsində ibtidai istintaq dövründə polisin nəzarətinə vermə qəti-imkan tədbiri seçilib, məhkəmə dövründə də o, azadlıqdadır.
Məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihama görə Daşqın Nəsirov cinayət işi üzrə əsas fiqurantdır.
O, zərərçəkənlər - Türkan qəsəbə sakinləri 92 yaşlı Xumara Şabanova və 82 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını ələ keçirilərək satılmasını təşkil edib, torpaqları satıb. Buna baxmayaraq Daşqın Nəsirov həbsə alınmayıb. Bu da məhkəmə prosesi zamanı zərərçəkənlərin ciddi etirazına səbəb olub.
İş üzrə Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbəsi üzrə keçmiş nümayəndəsi Rahil Babayev və makler Çingiz Səfərovun barələrində isə həbs qəti-imkan tədbiri seçilib.
Rahil Babayev hər iki zərərçəkənin ailə tərkibi ilə bağlı dürüst olmayan məlumatlar daxil etməklə arayış verməkdə, Çingiz Səfərov isə sənədlərin saxtalaşdırılmasında iştirak etməkdə təqsirləndirilirlər.
Zəfər Abdulov Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin keçmiş rəisi, Eldar Mirzəyev də müavini olub.
Zəfər Abdulovla Eldar Mirzəyev saxta sənədlər verdiklərinə görə işdən çıxarılıblar. İş üzrə təqsirləndirilən şəxs statusunda olan hər iki şəxs vəzifədə olarkən 92 yaşlı Xumara Şabanova və 82 yaşlı Əzizəxanım Atayevanın torpaqlarına dair Daşqın Nəsirova saxta sənədlər veriblər.
Bundan başqa, hər iki zərərçəkənə aid torpaq sahələrini saxta sənədlər əsasında satılması üçün, onlar sağ olduqları halda, hər iki ahıl qadının adına saxta ölüm şəhadətnamələri düzəldilərək notariusa təqdim olunub.
Bundan sonra Əzizəxanım Atayevaya və Xumara Şabanovaya məxsus torpaqlar Daşqın Nəsirov tərəfindən ayrı-ayrı şəxslərə satılıb.
İş üzrə təqsirləndirilən şəxslərdən yalnız Çingiz Səfərov özünü ittiham üzrə qismən təqsirli bilir. Daşqın Nəsirov əsas fiqurant olsa da, özünü təqsirli bilmir.
Prosesdə Əzizəxanım Atayeva zərərçəkən qismində ifadə verib. O, Daşqın Nəsirovun əsas günahkar olduğunu məhkəmə kollegiyasınən diqqətinə çatdırmaqla həbs olunmasını tələb edib. Deyib ki, ona məxsus torpaq sahəsinin ələ keçirilməsini, sağ ikən ona ölüm haqda şəhadətnamə hazırladan, torpağını satan Daşqın Nəsirov olub: "80 yaşım var, 9 aydır küçələrdəyəm bu işı görə, pensiyamı taksilərə verirəm. Mənim övladlarım acından ölür, bunlar mənim torpaqlarımı satıb yeyib. Belə qohumluq olar? Gedib İlham Əliyevin qapısında yatacam, amma bu işə bir çarə istəyəcəm. Bilmirəm torpağımı kimə satıblar. Amma bildiyi odur ki, alan şəxs oranın mübahisəli olduğundan məlumatlıdır və həmin ərazi hazırda istifadəsizdir. 25 sot yer xarabalıq olub qalıb. Mən məgər ölmüşəm ki, adıma ölüm kağızı çıxarıblar? Çingiz Səfərov mənim oğlumu aldadaraq bələdiyyəyə aparıb, ona iş verəcəkləri adı ilə sənədlərə imza atdırıb. Rahil Babayev də ailə tərkibimiz haqda yalan məlumatlar verib. Torpağımızı satan Daşqın Nəsirovdur. Hər şeyi deyəcəyəm. Birinci növbədə tutulmalı odur. Bu işlərin başında Daşqın Nəsirov dayanıb. Onu həbs edin!”
Prosesdə digər zərərçəkən Xumara Şabanova da ifadə verib.
O, övladlarının göz dikdiyi torpaq sahəsinin saxtakarlıqla ələ keçirildiyini, sağ ikən adına ölüm haqda şəhadətnamə çıxarıldığını, buna baxmayaraq pensiya verilişinin dayandırılmamasını, torpağının Daşqın Nəsirov tərəfindən satıldığını bildirib: "Ay oğul, mənim sənədlə 92, faktiki isə 94 yaşım var. Övladlarım arasında bölə biləcəyim 1 torpaq sahəsi varım idi, rəhmətlik qaynatamdan mənə qalmışdı. Bir də xəbər tutduq ki, Daşqın Nəsirov bizim torpaq sahəmizi satıb. Biz bir kəndin adamlarıyıq. Dedik ki, bizim torpaqları qaytar, ya da pulunu verin. Başımıza oyun açdılar. Mənim bu yaşımda məhkəməyə gələn vaxtımdır? Bizə vəkil tapmaqda kömək edən Natiq Məhəmmədsoyu da tutdurdu. Özü də ortada gəzir. Bu necə olur?”
Bundan sonra proses iyunun 18-nə qədər təxirə salınıb.






Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Məhkəmə
Maşın ustası Kamil, əsilzadə İlahəxanım, onun Roma merinə ərə gedən anası... - BAKIDA DƏLƏDUZLUĞUN BELƏSİNİ HƏLƏ EŞİDƏN OLMAMIŞDI...
-
Manşet, Foto, Məhkəmə
Nazirlikdə oturan poqonlu qanqsterlər banka 623 min manat qoyan sahibkarı hədələdi - “300 MİN DOLLAR VERMƏSƏN BAŞINA OYUN AÇARIQ...”
-
Manşet, Foto, Məhkəmə
Eldar Mahmudovun baş istintaqçısının məhkəməsində sensasion ifadələr - Mövlam Şıxəliyev Vüsala "sənə dedim axı bu q....ni sal içəri”
-
Sənəd, Manşet, Foto, Məhkəmə
"Buldozer Zülfəli" qazinin qardaşını həbs etdirmək istədi - Gültəkin Hacıbəylinin keçmiş ərinin əli ilə...
-
Manşet, Foto, Məhkəmə
Deputat Eldəniz SƏlimov həbs edildi
-
Manşet, Foto, Məhkəmə
SOCAR-ın şöbə rəisi: 52 qızıl külçə üçün 2 milyon 19 min pul vermişdim...
-
Manşet, Foto, Məhkəmə
“Bu işlərin başında Daşqın Nəsirov dayanıb. Onu həbs edin!” – 92 yaşlı qadın məhkəmədən tələb etdi
-
Manşet, Foto, Məhkəmə
Müğənni Ruhinin müstəntiq yeznəsi məhkəmə zalında həbs edildi
-
Manşet, Foto, Məhkəmə
Aysel Novruzova ilə jandarma komandanı arasında oteldə nə baş vermişdi?! - “GERİ QAYTARA BİLMƏYƏCƏYİM BİR ÇOX ŞEYLƏRİ İTİRDİM…”