“Bu işin üzərində oyun gedir, uşağın qanının batmasına izn verməyin...”

21 Oktyabr 2021, 12:27
21 Oktyabr
2021
12:27
1111
Nərmin Quliyevanın əmisinin ifadələrində ziddiyyət olduğundan təkrar məhkəməyə gələcək
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşüb, 47 gün sonra yandırılmış meyitinin tapılmasıyla bağlı cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Oktyabrın 20-də hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında uşağın nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev şahid qismində dindirilib.
Nərmin Quliyeva sonuncu dəfə əmisigildə olub və oradan çıxandan sonra itkin düşüb.
Arif Quliyev bildirib ki, qardaşıgillə onun evi arasında təxminən 700 metr məsafə var. Hadisə günü Nərminin onlarda təxminən bir dəqiqə dayandığını deyən əmisinin sözlərinə görə, o, gödəkçə gətirib: "Saat günorta 3-ə qalmış olardı. Dedi ki, bu "kurtkanı” atam göndərdi. Onunla bir torba göndərməliydim. Sonra baxdım ki, ağırdı, apara bilməz. Dedim ki, bacını da götürüb gələrsən, bunu apararsan. Getdi, təxminən bir saat sonra böyük bacısı gəldi, dedi ki, Nərmin gəlib çıxmayıb”.
Arif Quliyev qardaşının böyük qızı Şəbnəmin adını məhkəmədə xatırlaya bilməyib.
Onun sözlərinə görə, axşam saat 6 radələrində qardaşı Şərif Quliyev onlara gəlib, qonşu kənddə toy edən qohumlarıgilə "ciyəraxşamı”na gediblər. Axşam saat 8 radələrində oradan qayıdıblar. Saat 9 radələrində isə uşağın yoxa çıxması xəbəri yayılıb.
Arif Quliyev həmin gün Nərminin əynində olan geyimləri yadında saxladığını bildirib. Onun sözlərinə görə, uşağın əynində cins şalvar, ağ idman ayaqqabısı, qırmızı boğazlı köynək və gödəkçə var idi. Lakin o, həmin gün Nərminin böyük bacısını və atasını da görməsinə baxmayaraq, onların əynindəki paltarlara diqqət yetirmədiyini bildirib.
Dindirmə zamanı vəkillər ondan soruşub ki, Nərminin anası Aynurə İsmayılova uşağının itkin düşməsinə görə onu günahlandırıbmı? O, "xeyr” cavabını verib. Sual-cavabdan aydın olub ki, uşaq itkin düşəndən sonra hüquq-mühafizə orqanları kəndə əhilləşdirilmiş itlər gətirib. İtlər Arif Quliyevin, onunla eyni həyətdə yaşayan anasının və qonşusunun evinə gedib girib.
Vəkillər dindirmə apararkən uşağın anası və Tovuzun o dövrdə polis rəisi olmuş Şirzad Əsgərov arasında baş verənlər haqda sualı başa çatdırmamış "onlar dalaşanda mən olmamışam” cavabını verib.
"Mən axı "dalaşmaq” sözünü işlətmədim. Siz hardan bilirsiniz ki, mən bunu soruşacaqdım?”, - vəkil Əlibaba Rzayev bildirib.
Arif Quliyev daha sonra sözünü dəyişib, qardaşı arvadıyla polis rəisinin dalaşmadığını deyib.
Cinayət işinin materiallarındakı ifadələrdən isə aydın olur ki, yandırılmış meyit tapılandan sonra yas mərasimində Aynurə İsmayılova polis rəisinin yaxasından tutub, uşağın ölümünə görə onu ittiham edib.

Əlibaba Rzayev
Arif Quliyevin ifadələrində ziddiyyətlər olduğuna görə onun dindirməsinin oktyabrın 27-də keçiriləcək növbəti məhkəmə iclasında da davam etdirilməsinə qərar verilib.
Məhkəmədən sonra təqsirləndirilən İlkin Süleymanovun ailə üzvləri mediaya açıqlamalarında azyaşlının yaxınlarının məhkəmədə səmimi ifadələr vermədiyini, bir çox məsələni gizlətdiklərini bildiriblər.
"Təəssüf ki, onlar həqiqətin üzə çıxmasını istəmirlər, bunun üçün çalışmırlar. Elə cinayətin günahsız bir adamın üstündə qalmasına yardım edirlər. Həqiqətləri gizlətdikcə də, ziddiyyətlər çoxalır. Məsələn, uşağın anası dindiriləndə demişdi ki, Nərminin əynində axırıncı dəfə yubka, ağ kalqotka olub. Əmisi isə deyir ki, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub. Bu işə kənardan nəzarət edənlər ziddiyyətlərin ortaya çıxdığını görürlər, onları aradan qaldırmaq üçün istiqamətləndirirlər. Yoxsa necə olur, Arif Quliyev Nərminin bütün geyimlərini yadında saxlayıb, amma qardaşı Şərifin, onun böyük qızının həmin gün əynində olanları xatırlamır?”, - İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib.
Onun sözlərinə görə, iş materiallarında daha ciddi ziddiyyətli məqamlar var. Nərmin Quliyevanın qan qrupu ilə meyitin qan qrupu fərqlidir.
İlkin Quliyevin ailəsi ölkə prezidentinə və vitse-prezidentə müraciət edib.

İlkin Süleymanov
"Biz bu ölkənin vətəndaşıyıq. İmkan verməyin ki, bizi əzsinlər. Günahsız bir insanın dəmir barmaqlıqlar arasında çürüməsinə, bir körpənin qanının batırılmasına izn verməyin. Biz inanaq ki, ölkə rəhbərliyi xalqın yanındadır. Əgər həqiqət üzə çıxsa, ədalət bərqərar olsa, əminik ki, İlkin azadlığa çıxacaq. Qorxduğumuz budur ki, bu işin üzərində oyun gedir. Prezident və vitse-prezidentdən bu oyuna son verilməsi üçün kömək istəyirik”, - İlkin Süleymanovun bacısı İlhamə Süleymanova müraciətində bildirib.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir.
İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Xəbər lenti
-
20:04Qardaş bacısının 40 mərasimi günü özünü öldürdü
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
29 İyul 2022
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
Foto, Məhkəmə
“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
Manşet, Məhkəmə
Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Məhkəmə
FHN Hospitalının baş həkiminə hökm oxundu
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”