''Bu insanları bir-birinin gözünün qarşısında soyundurub işgəncə veriblər'' ''Bu insanları bir-birinin gözünün qarşısında soyundurub işgəncə veriblər'' ''Bu insanları bir-birinin gözünün qarşısında soyundurub işgəncə veriblər''

''Bu insanları bir-birinin gözünün qarşısında soyundurub işgəncə veriblər''
Загрузка...
Gəncə hadisələri ilə bağlı hesabat təqdim olundu
"Gəncə hadisələrinin kökündə keçmiş icra başçısı Elmar Vəliyevin vətəndaşlara qarşı zülmkar, qəddar münasibəti dayanır. Hadisələr onun güllələnməsindən başladı. Daha sonra hadisəni törədən Yunis Səfərova polis idarəsində işgəncə verildiyini sübut edən fotoları yaydılar. Bu, insanları daha da hiddətləndirdi. Həmin fotolar sosial şəbəkələrdə, "Whatsapp” qruplarında yayıldı, çağırışlar edildi. Ardınca 10 iyul aksiyası və oradakı qanlı hadisələr baş verdi. Nə qədər adam öldü, nə qədər adam həbs olundu. Amma fotoları çəkib yayanlar, çağırış edənlər tapılıb cəzalandırılmadı...”, - hüquq müdafiəçisi Oqtay Gülalıyev Gəncə hadisələrilə bağlı hesabatın təqdimatında çıxış edərkən bildirib.
Hesabatı Repressiya və İşgəncələr Əleyhinə Komitə hazırlayıb və Gəncə hadisələrinin ildönümündə - iyulun 10-da təqdim edib. Tədbirdə öncə Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən iyulun 9-da vəfat etmiş Aydın Qurbanovun ölümü barədə danışılıb. Komitə üzvləri bildirib ki, bu ölümə görə məsuliyyət hakimiyyətin üzərindədir.
Hesabatda Gəncə hadisələrinə görə həbs olunan şəxslər və onların yaxınlarına istinadən bildirilir ki, əslində, tutulanların sayı rəsmi rəqəmlərdə göstərildiyindən qat-qat çoxdur:
"Həbs olunanlar arasında iki qardaş olanlar, ata və oğul da var. Bu insanlara bir-birinin gözünün qarşısında soyundurub işgəncə veriblər. Ümumiyyətlə, Gəncə hadisələrinə görə həbs olunanlara son dövrlərin ən amansız işgəncələri verilib. İşgəncələrə dözməyib, müstəntiqin silahını götürüb özünü vurmaq istəyən, damarlarını doğrayanlar olub...”
Hesabatda həbs olunanlara işgəncə verənlərin adları da öz əksini tapıb. Siyahıda onlarla polis və prokurorluq əməkdaşının adı əksini tapıb. Onların arasında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Orxan Babayev, Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi Ədalət Sadıqov və başqaları var. "Biz Azərbaycan hökumətini baş verənlərdən düzgün nəticə çıxarıb, Gəncə hadisələrilə bağlı obyektiv, ədalətli araşdırma aparmağa, cinayət törətməyən, günahsız adamları azadlığa buraxmağa, onlara işgəncə verənləri cəzalandırmağa, Elmar Vəliyevin əməllərinə də düzgün hüquqi qiymət verməyə çağırırıq”, - deyə O.Gülalıyev bildirib.
Komitə üzvlərindən hüquqşünas Namizəd Səfərov deyib ki, bu hesabat Gəncə hadisələrilə bağlı cəmiyyətdən gizlədilən müəyyən həqiqətlərin çatdırılması üçün bir addımdır. Sənəd tərcümə olunub, beynəlxalq təşkilatlara da göndəriləcək:
"Bu hadisələr həm də cəmiyyətin ölkədə baş verənlərə biganəliyinin yolverilməz olduğunu göstərdi. Gəncə hadisələrindən əvvəl bənzər olaylar Nardaranda baş vermişdi. O zaman Gəncədəkilərin ağlına gəlməzdi ki, həmin haqsızlıqlar günün birində onların da qapısını döyəcək”.

 
Məhbusların yaxınları
 Komitənin üzvü Rövşən Əhmədli 2018-ci il iyulun 10-da Gəncədəki aksiyada iki polis polkovnikinin öldürülməsinə diqqət çəkib. Bildirib ki, əlində açıq şəkildə xəncəri tutub gələn Rəşad Böyükkişiyevin rahat şəkildə, heç bir müqavimətlə üzləşmədən gəlib iki polis zabitini öldürməsi, birini də yaralayıb, yenə də rahat şəkildə getməsi, bir gün sonra isə Şəmkirdə müəmmalı şəraitdə öldürülməsi yetərincə şübhəlidir:

"Əvvəldən aksiya barədə məlumatlar yayılmışdı, Gəncəyə xeyli polis qüvvələri aparılmışdı. Bəs niyə Rəşada imkan verildi ki, rahat şəkildə bütün bunları eləsin? Videolardan da görünür ki, polislər onun qarşısını almağa cəhd göstərmir, niyə?”
Gəncə məhbuslarının anaları Zoya Əkbərova, Sevinc Hüseynova da çıxış ediblər. Bildiriblər ki, övladları günahsızdır, ağır işgəncələrə məruz qalıblar. Anaları bir gün öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı qəbul edib. Onlara övladlarının əfv olunması üçün dövlət başçısına müraciət etmək təklif olunub.
"Mənim oğlum cinayətkar deyil axı. Mən onun üçün əfv yox, bəraət istəyirəm. Onun iki körpə övladı var, onlar böyüyəcək. Niyə bu ləkə atalarının üstündə qalmalıdır?” - deyə, Z.Əkbərova bildirib.
S.Hüseynova Baş prokuror Zakir Qaralovla görüşlərindən danışıb. Bildirib ki, Z.Qaralov sanki öncədən onları, övladlarını ittiham etmək üçün hazırlaşmışdı: "Bizi dinləmədən dərhal başladı ki, "övladlarınız cinayətkardı, onlara işgəncə verilməyib”.
Bəs onların paltarlarındakı qan nədir? Dəfələrlə polis idarəsinə onların üstünə Təcili Tibbi Yardım çağrılıb, niyə araşdırmırsız?” S.Hüseynova Gəncə hadisələrilə bağlı məhkəmənin də qərəzli aparıldığını, müdafiə tərəfinin heç bir vəsatətinin təmin olunmadığını söyləyib. 
Загрузка...
Загрузка...

Xəbər lenti