"Bu haqsızlığı edənləri mərhum atanızla aramızda olmuş yaxın və səmimi münasibətlərə xatir bağışlamağa hazıram" - İLHAM ƏLİYEVƏ AÇIQ MƏKTUB

Загрузка...
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev prezident İlham Əliyevə açıq məktub yazıb. Criminal.az sabiq deputatın həmin məktubunu təqdim edir:
Ölkə və beynəlxalq ictimaiyyətlərinə məlumdur ki, mən 21 aprel 2018-ci il tarixdə Türkiyə və Azərbaycan dövlətlərinin ən yüksək səviyyədə qanunsuz sövdələşməsi nəticəsində siyasi sığınacaq aldığım və Cenevrə Konvensiyasının qorunması altında olduğum halda İstanbul şəhərindən oğluranaraq təqib edildiyim ölkəyə gətirilmişəm. Azərbaycanda mənə verilən qanunsuz və qondarma ittihamlardan, iki ilə yaxın istintaq təcridxanasında təkadamlıq kamerada saxnalımağımdan, təcridxanada ətrafla çlaqə vasitələrindən (telefon, görüş, yazışma hüququndan) məhrum olunub mənəvi, psixoloji işgəncələrə məruz qalmağım haqda dəfələrlə ətraflı yazdığımdan təkrarçılığa yol vermək istəmirəm.
Mən bu qədər aqressiv, hadisələrə qətiyyən adekvat olmayan təzyiq və işgəncələri haqq etməmişəm. Bununla belə heç kimə qarşı kin və ədavət saxlamıram. Ola bilər ki, sizə yalan və qərəzli məlumatlar verilib, vəziyyəti bu həddə çatdırıblar. Buna baxmayaraq bu haqsızlığı edənləri də mərhum atanızla aramızda olmuş yaxın və səmimi münasibətlərə xatir bağışlamağa hazıram.
Kiçik qeyd edim ki, Almaniya Federativ Respublikasının prezidenti Frank Valter Ştain Mayerin ofisndən vəkilimə göndərilmiş 06 aprel 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, Almaniyanın Azərbaycandakı səfirliyi mənim məsələmi Azərbaycan Respublikasının prezidenti və Xarici İşlər Nazirliyi səviyyəsində bir neçə dəfə qaldırıb. Bu səylərinə görə cənab səfirə təşəkkürümü bildirirəm.
18 iyunda Ali Məhkəmədə mənim işimə baxılacaq. Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurmuş bu insan oğurluğu hadisəsinə mənə bəraət verilməklə aradan qaldırmaq mümkündür. Haqq etdiyim bəraətimi aldıqdan sonra Almaniyaya qayıdıb öz işim və yaradıcığımla məşğul olub, xalqımız üçün yeni yeni nəğmələr yazmaq istəyirəm.

Xəbər lenti