Bu gün Türkiyə Prezidenti Erdoğanın Azərbaycana səfəri gözlənir - TARİXİ SƏFƏR

Bu gün Türkiyə Prezidenti Erdoğanın Azərbaycana səfəri gözlənir - TARİXİ SƏFƏR
 Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın çərşənbə axşamı Azərbaycana səfəri gözlənir. Türkiyənin Anadolu agentliyinin verdiyi xəbərə görə, bir gün çəkəcək səfər zamanı Erdoğan Füzuli beynəlxalq hava limanının açılış mərasiminə qatılacaq. Füzuli şəhəri bir il əvvəl başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinin ilk günlərində, oktyabrın 17-də azad edilib.
Anadolu agentliyi Recep Tayyip Erdoğanı Füzulidə inşası yenicə başa çatmış beynəlxalq hava limanına enəcək "ilk xarici ölkə başçısı" kimi təqdim edib və vurğulayıb ki, bir il içində bu, Erdoğanın Azərbaycana üçüncü səfəri olacaq.
Bundan əvvəlki iki səfərin birincisində Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsində Azərbaycanın işğal altındakı ərazilərinin böyük bir hissəsini azad etməsi münasibəti ilə keçirdiyi Zəfər paradına qatılmışdı. Onun ikinci səfərində isə Azərbaycan və Türkiyə rəhbərləri Şuşada Müttəfiqlik sazişi imzalamışdılar.

Xəbər lenti