Britaniyanın Milli Kriminal Agentliyi: “Cavanşir Feyziyev bu pulları oğurluq, korrupsiya və dələduzluq yolu ilə əldə edib...”

04 Noyabr 2021, 13:08
04 Noyabr
2021
13:08
1577
London Vestminister Mülki Məhkəməsi azərbaycanlı deputat-oliqarx Cavanşir Feyziyevin ailə üzvlərinin bank hesablarındakı 20.5 milyon dolların (15.3 milyon funt sterlinq) müsadirə edilməsi üçün Milli Kriminal Agentliyin (NCA-National Crime Agency) qaldırdığı iddiaya baxıb. virtualaz.org xəbər verir ki, "The Evening Standard” nəşrinin müxbiri həmin məhkəməni izləyib.

Feyziyevin mülkü bu binada yerləşir
Qəzet yazır ki, azərbaycanlı oliqarxın ailəsindən olan, Londonun prestijli rayonlarından birində, Recents-parkla üzbəüz malikanədə yaşayan üç milyonçu bank hesablarındakı 15.3 milyon funt sterlinqin müsadirə edilməsi riski ilə üzləşib. Çünki Milli Kriminal Agentliyi bu pulların Böyük Britaniyaya qanunsuz olaraq daşınmış "çirkli pullar” olduğunu bildirir.
NCA bildirir ki, azərbaycanlı maqnatın arvadı Pərvanə Feyziyeva, oğlu Orxan və qardaşı oğlu Elman Cavanşir Feyziyevin onlara verdiyi korrupsiya vəsaitləri hesabına bu cür zəngin olublar. Onların hər üçü iddiaları rədd edir və bildirirlər ki, sərvət doktor Feyziyevin qanuni kommersiya fəaliyyəti sayəsində əldə edilib.

"O, Azərbaycanın ən zəngin oliqarxlarından biridir və öz ailəsi üçün Recents-parkla üzbəüz Kemberland-Terras malikanələrində dəyəri milyonlarla funt sterlinq olan ev alıb, habelə öz arvadına və oğluna Böyük Britaniyada yaşamaq haqqı verən investisiya vizası almaq üçün milyonlarla funt sterlinq verib”, - qəzet yazır.
Vestminister Mülki Məhkəməsində keçirilən dinləmələrdə bildirilib ki, NCA Feyziyevin investisiya vizası almaq üçün ailəsinə verdiyi bu pullar qanunsuz yollarla əldə edilmiş sərvətdir və Azərbaycandan seriya saxta sənədlərin, müqavilələrin köməyi ilə çıxarılıb.

Vəkil Kollinqvud Tompson
Məhkəmədə Milli Kriminal Agentliyin mövqeyini müdafiə edən vəkil Kollinqvud Tompson bildirib ki, Feyziyevin bu pulyuma əməliyyatında Estoniya və Latviyadakı "klonlaşdırılmış” şirkətlərdən və digər qurama şirkətlərdən də istifadə olunub. Əslində isə, Tompson Feyziyevin arvadının, oğlunun və qohumunun hesabındakı pulların "korrupsiya, oğurluq, dələduzluq və çirkli pulların yuyulmasından” əldə edildiyini bildirib.
Nəticədə isə, vəkilin sözlərinə görə, hüquq -mühafizə orqanları Orxan Cavanşirin hesabındakı 6.5 milyon funt sterlinqə, Pərvanə Feyziyevanın hesabındakı 7.8 milyon funt sterlinqə və Elman Cavanşirin hesabındakı təxminən 1 milyon funt sterlinqə həbs qoyub.

Kollinqvud Tompson əlavə edib ki, hərçənd Feyziyev Azərbaycandakı iri əczaçılıq şirkəti "Avromed”in həmtəsisçisidir, bu şirkət müsadirə prosesinə aid deyil, amma o çirkli pulların Londona daşınmasında mərkəzi fiqur olub. Çünki müsadirəsi nəzərdə tutulan pullar onun nəzarətindəki bank hesablarından göndərilib.
Cənab Tompson deyib ki, həmin pullar deputatın Latviyadakı ABLV bankdakı hesabından daxil olub, öz növbəsində həmin bankda "Avromed” şirkətinin hesabı olub və ora 34.5 milyon dollar köçürülüb.
O məhkəmədə bildirib ki, "Avromed” şirkətinin hesabına "Hilux” və "Polux” adlı iki offşor şirkətdən cəmi 36 milyon dollar daxil olub, amma həmin pulların tranzaksiyasına dair təqdim edilən sənədlər saxtadır.

Kollinqvud Tompson qeyd edib ki, deputatın arvadının və oğlunun London hesablarına köçürdüyü pulların məqsədi onların Böyük Britaniyaya köçüb yaşamasını təmin etmək idi. Hansı ki, deputatın ailə üzvləri indi daimi əsasla Londonda yaşayırlar, birinci dərəcəli investor vizası əsasında.
Vəkilin fikrincə, təəccüblüdür ki, öz sərvətini 45-50 milyon funt sterlinq qiymətləndirən doktor Feyziyev investor vizasını almaq üçün ərizəni öz adından verməyib.
Bunun əvəzində o, öz arvadını biznes tərəfdaşı kimi təqdim edib və Daxili İşlər Nazirliyinə təqdim etdiyi ərizədə yalandan göstərib ki, onun Böyük Britaniyada yaxını, tanışı və ailə üzvləri yoxdur.
Cənab Tompson habelə bildirib ki, doktor Feyziyev 2013-cü ildə viza almaq üçün təqdim edilən ərizədə özünü "Avromed”in, - çirkli pulların yuyulması üzrə ittihamların mərkəzində olan şirkətin,- icraçı direktoru adlandırıb, lakin sonradan böhtan barədə iddianın araşdırılması zamanı London Yüksək Məhkəməsində bildirib ki, o şirkətdən 2010-cu ildən uzaqlaşıb.
Məhkəmədə habelə açıqlanıb ki, Feyziyevin oğlu Orxanın adından sənədləri Londondakı "Withers” hüquq firması təqdim edib, firma sənədlərdə göstərib ki, Orxanın hesablarındakı daha əvvəl mənşəyi izah edilməyən 1.8 milyon funt sterlinq Bakıda torpaq sahəsinin satışından əldə edilmişdi. Və həmin torpaq satışına dair müqaviləni Orxan özü imzalamışdı. Lakin Kollinqvud Tompson deyib ki, debet kartlarına dair məlumatlar Orxan Cavanşirin Bakıda guya torpaq satışına dair müqaviləni şəxsən imzaladığı tarixdə Londonda olduğunu, "Co-op Group” və "Whole Foods Market” ticarət mərkəzlərindən alış-veriş etdiyini göstərir.

Feyziyevin ailə üzvlərinin, o cümlədən Azərbaycanda hazırda iri tütün fabrikini idarə edən Elman Cavanşirin adından dəlillər məhkəməyə yaxın günlərdə təqdim edilməlidir. Məhkəmə dinləmələrinin üç həftə davam edəcəyi gözlənilir.
Ailənin maraqlarını məhkəmədə vəkil Çarlz Bot müdafiə edir və o bildirir ki, NCA öz ittihamlarını "ümumi məzmunlu iddialara”, "təhrif edilmiş məlumatlara” və tranzaksiyaların xarakterinə dair "ehtimallara” əsaslandırıb. Vəkilin fikrincə, NCA sübut edə bilməyib ki, hesablardakı pullar cinayətkar fəaliyyət yolu ilə əldə edilib və o, "qanuni yolla əldə edilmiş mülkiyyətin” üzərinə həbs qoyulmasının, bu pulların "Azərbaycan pulyuma maşını” sxemi ilə köçürüldüyünə baxmayaraq, mümkün olmadığını bildirib.
Ailənin adından məhkəməyə təqdim edilmiş bəyanatda isə deyilir ki, bu pullar "doktor Feyziyevin uğurlu biznes karyerasından əldə edilib” və ümumiyyətlə deputat özü "çirkli pulların yuyulmasına qəti şəkildə qarşı çıxıb, bununla mübarizə aparıb...".
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Korrupsiya
Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
Manşet, Foto, Korrupsiya
Zakir Qaralovun həbsdəki adamı azadlığa çıxdı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Eldar Mahmudovun oğlunun adı Londonda yeni şirkət sənədlərində ortaya çıxıb
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Kəmaləddin Heydərovun bacısı qızının Londondakı şirkəti bağlandı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Özünü "qul" hesab edən keçmiş nazir müavininin biznesi aşkarlandı
-
Manşet, Foto, Korrupsiya
Avropanın ən iri yaxta tərsanəsinin sahibi Ülviyyə Əlizadə kimdir, kimin adamıdır... - 80 MİLYON AVRO KAPİTALLA İŞƏ BAŞLAYIB
-
Manşet, Foto, Korrupsiya
Qazaxın icra başçısının və oğlunun gözdeşən korrupsiyası - yarım milyonluq maşın hansı pulla alınıb?
-
Manşet, Foto, Korrupsiya
Britaniyanın Milli Kriminal Agentliyi: “Cavanşir Feyziyev bu pulları oğurluq, korrupsiya və dələduzluq yolu ilə əldə edib...”
-
Manşet, Foto, Korrupsiya
Oqtay Əsədovun ailəsinə məxsus milyonlar dəyərindəki mülklər