Britaniyada Azərbaycanla bağlı 21 milyon dollar da aşkarlanıb - Cavanşir Feyziyevin ailə üzvlərinin bank hesablarında saxlanılır

02 Noyabr 2021, 15:06
02 Noyabr
2021
15:06
1812
Bu vəsaitin deputat Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarında saxlandığı iddia olunur.
Britaniyanın Milli Cinayət Agentliyi (NCA) nüfuzlu Azərbaycan siyasətçisi Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinq (20.5 milyon dollar) vəsaiti müsadirə etməyi planlaşdırır.
Agentlik inanır ki, sözü gedən vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi pul transferi sxemi ilə yuyulub.
OCCPR-ın saytında dərc olunmuş məlumatda deyilir ki, nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı cinayət ittihamı irəli sürülməyib.
Bununla belə, noyabrın 1-də keçirilən mülki məhkəmə dinləməsində NCA sözü gedən pulların Azərbaycanın pulyuyan maşını kimi tanınan sxemdən keçdiyini iddia edən təhlil təqdim edib.
Agentliyin ehtimalına görə, bu pulların mənbəyi "qeyri-qanuni” olub, beləki vəsait Azərbaycandan onun mənşəyini gizlətmək məqsədi güdən saxta sənədlərdən istifadə və bir neçə balıqqulağı şirkətdən istifadə etməklə çıxarılıb.
Britaniya Milli Cinayət Agentliyi bildirib ki, bu vəsaitin mənbəyi böyük bir ehtimalla "korrupsiya, oğurluq, fırıldaq və çirkli pulların yuyulmasıdır”.
Məlumatda deyilir ki, Feyziyev deputatdır və prezident İlham Əliyevin yaxın çevrəsinə daxildir.
OCCRP yazır ki, Feyziyevin Azərbaycanın Avropa İttifaqında apardığı lobbiçilik fəaliyyətində rolu olub.
Bu da bildirilir ki, 15 milyon funt sterlinqin 7.86 milyonu Feyziyevin arvadı Pərvanə Feyziyevanın, 6.4 milyonu isə oğlu Orxan Cavanşirin hesabında saxlanır.
Məlumata görə bu iki şəxs bu pulun bir hissəsini Britaniyada yaşamaq imkanı verən investisiya vizasının alınmasına xərcləyib.
Sözü gedən vəsaitin kiçik hissəsi – 1 milyon funt sterlinqdən bir qədər çoxu isə Feyziyevin qardaşı oğlu Elman Cavanşirin hesabındadır.
Lakin NCA bildirir ki, iş Feyziyevin özünün üstündə cəmləşib, beləki aşkar olunmuş vəsaitin onun nəzarətində olan bank hesablarından gəldiyi ehtimal edilir.
Feyziyevlər ailəsinin sözçüsü media üçün açıqlamasında onların NCA-in iddialarını "qəti şəkildə rədd etdiklərini” və "tamamilə yanlış” olduğunu bəyan edib.
Sözçü daha sonra deyib ki, agentlik vəsaitin "hər hansı cinayət fəaliyyəti ilə bağlı mənbədən gəldiyini göstərən əsaslı sübutlar” təqdim etməyib.
Ailənin sözçüsü deyib ki, Feyziyevlər Britaniyanın ədalət sisteminə tam inanırlar və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut edilməsini gözləyirlər.
Məlumatda deyilir ki, NCA sözü gedən iş üçün OCCRP-nin Feyziyev barəsində bundan əvvəlki reportajına istinad edib.
2017-ci il tarixli təhqiqat reportajında deyilirdi ki, adları əsası Feyziyev tərəfindən qoyulmuş əczaçılıq şirkəti ilə eyni olan iki şirkətə Azərbaycanın pulyuyan maşını vasitəsilə 138 milyon dollar vəsait daxil olub.
Həmin reportajın böhtan olduğu barədə Feyziyevin iddiası razılaşdırılmış şərtlərlə həll olunub. Feyziyev hər hansı çirkli pulların yuyulmasında və qanunsuz fəaliyyətdə iştirakını qətiyyətlə inkar edir.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Korrupsiya
DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
Manşet, Korrupsiya
İcra başçısının köməkçisi saxlanılıb
-
Manşet, Korrupsiya
Tələt Əliyev axtarışa verildi
-
Manşet, Korrupsiya
Baş Prokurorluğun rəhbərliyi Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi
-
Manşet, Korrupsiya
GENERAL NİZAMİ MƏMMƏDOVA 80 MİLYONLUQ İTTİHAM! – Barəsində həbs qətimkan tədbiri seçildi
-
Manşet, Korrupsiya
Nizaməddin Quliyevin üzərindən həbs götürülən əmlaklarının - Siyahısı
-
Manşet, Korrupsiya
Müdafiə Nazirliyinin eyni idarəsinin 2 rəisi həbs edildi
-
Manşet, Korrupsiya
Daha bir yüksək rütbəli hərbçi həbs edildi
-
Manşet, Korrupsiya, Məhkəmə
Həbsdəki iş adamına aid əmtəə nişanı AZAL prezidentinin xanımına necə verilib?