“Bravo”dakı oğurluğa görə “doqquzbarmaq Adil” tutulub “Bravo”dakı oğurluğa görə “doqquzbarmaq Adil” tutulub

“Bravo”dakı oğurluğa görə “doqquzbarmaq Adil” tutulub
Jurnalist, "Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlunun (Rüstəmov) əşyalarını oğurlayan şəxs saxlanılıb. Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, BPİ Cinayət-axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də, saat 18:45 radələrində, Nəsimi rayonu, "Bülbül” prospekti 18 ünvanında yerləşən "Bravo” marketində Bakı şəhər sakini Tahir Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.
A.Rüstəmovun gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkar olunuraq götürülüb və zərərçəkmişə qaytarılıb. Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur, "Doqquzbarmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, polisə məlumat vermək tövsiyə edirik.
Faktla bağlı araşdırmalar davam etdirilir. 

Xəbər lenti