BQXK: "Qarabağ münaqişəsi tərəfləri 200 cəsədi mübadilə ediblər"

BQXK:
 "Qarabağ münaqişəsi tərəfləri artıq 200 ölənin cəsədi mübadilə ediblər," Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Prezidenti Peter Maurer deyib, "RİA Novosti" xəbər verir. O deyib ki, "təşkilatın Dağlıq Qarabağdakı fəaliyyətinin prioritetləri köçkünlərə kömək etmək, öldürülənlərin cəsədlərini almaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün məhkumları ziyarət etməkdir", "Ria Novosti" Maurerdən sitat gətirir.
Agentlik BQXK rəhbərinin "səy göstərməyə davam edəcəyik" dediyini yazır. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, çərşənbə axşamı günü Maurer Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Rusiya XİN-in rəsmi nümayəndəsi Maria Zakharova cümə günü keçirilmiş brifinqdə "tərəflərin dünyanın bir sıra bölgələrində (Dağlıq Qarabağda məsələsi daxil olmaqla) baş verənlərlə bağlı qiymətləndirmə mübadiləsi və koronavirus kontekstində qarşılıqlı əlaqəni müzakirə etməyi planlaşdırdığını" bildirmişdi.
Azərbaycanla Ermənistan arasında döyüşlər sentyabrın 27-də başlayıb. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış anlaşmaya əsasən dayandırılıb. Ermənistan döyüşlər zamanı ümumilikdə 1300-dən çox itki verdiyini açıqlayıb, Azərbaycan tərəf hələ hərbi itkilərini açıqlamır.

Xəbər lenti