Boşandığı qadını və onun anasını öldürən şəxs: "Arvadımı əlimdən almaq istəyirdi..."

Boşandığı qadını və onun anasını öldürən şəxs:
Загрузка...
Bakıda qayınanasını və arvadını öldürən şəxs hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətdiyini deyir. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hadisənin əsas şahidi Xəyyam Əsədov dindirilib.
Xatırladaq ki, ötən prosesdə Ramin İsmayılov demişdi ki, keçmiş arvadını Xəyyamla öpüşmə zaman görüb və buna görə də onu öldürüb. Şahid Xəyyam Əsədov deyib ki, mərhum Günay İsgəndərova qızının müəlliməsi olub və tanışlıqları da belə yaranıb: "Həm də Günayın qardaşı Sənani ilə dostam. 2012-ci ildə yoldaşımdan rəsmən boşanmışam və övladım məndə qalıb. Günay da yoldaşından boşanmışdı. Qızımın istəyi ilə onunla ailə qurmaq üçün danışdıq və aramızda sevgi münasibətləri yarandı. Hadisə günü Sənani mənə zəng edib dedi ki, bacım evdə təkdi, ora ustalar gələcək. Xahiş elədi ki, ora gedib ustaları yola salım. Mən də həmin evə gedib 4 saat oturub gözlədim, ustalar gedəndə pulları verdim".
Xəyyam deyib ki, həmin gün axşam saat 10-da Sənani zəng edərək getməsini istəyib: "Dedi ki, özüm gəlirəm. Mən də çıxıb evə getdim, sonra Günaya zəng etdim, telefonuna zəng çatmadı. Sənaniyə zəng elədim, açmadı. Hüseyn kişigilin evinə zəng etdim, ordan dedilər ki, Mahirə xala ilə Günay bıçaqlanıb". Təqsirləndirilən Ramin İsmayılov isə şahidin dediklərinə belə cavab verib: "Mart ayında arvadımla barışıb rayonda yaşadığım vaxt nəyə görə məni və ailəmi ölümlə hədələyirdin?"
Xəyyam isə onu hədələmədiyini deyib. Ramin əlavə edib ki, Xəyyam özünü "Beton" ləqəbi ilə tanıdıb və arvadını onun əlindən almaq istəyib. Məhkəmədə gərginlik yaranıb. Xəyyam Əsədov Ramini bir dəfə gördüyünü deyib: "Ramin Hüseyn dayının evinə girib dağıtmışdı, onlar da polisə şikayət etmişdi. Mən də onda Günaygili maşınımla şöbəyə aparmışdım. Orada bunu görüb tanımışdım". Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Məhkəmə prosesi dekabrın 20-də davam etdiriləcək.
Xatırladaq ki, Ramin İsmayılov özünü təqsirli bildiyini deyib. O, söyləyib ki, arvadından boşansa da sonradan barışıblar. Bir müddət yenidən bir evdə yaşayıblar. O, keçmiş arvadını qısqanclıq zəminində öldürdüyünü söyləyib. Daha sonra isə iddia edib ki, bıçaq əlində olanda Günaya, daha sonra isə qayınanasının boğazına dəyib. Qətl hadisəsi Xətai rayonunda baş verib. Ramil İsmayılov ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anasını qətlə yetirib. Günay İsgəndərova orta məktəbdə müəllimə işləyib. Onun 8 yaşlı bir oğlu da var.
Загрузка...
Загрузка...

Xəbər lenti