“Birinci uşağa görə dövlət “uşaqpulu” verməməlidir”

02 Aprel 2021, 16:16
02 Aprel
2021
16:16
132
""Uşaqpulu” mövzusu ilə xalqı aldadıb alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik”. Bu sözləri REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.
O bildirib ki, həmin şəxslərdən heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcəyini konkret rəqəmlə ifadə etməyib:
"Bizim mövqe: sadəcə "uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itirmişdirlər.
Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1`dən aşağı düşmüşdür. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s.
Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında əlbəttə doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var.
Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.
İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideynlərə öz dəstəyini təklif etməlidir.
Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideynlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır.
Üçüncü və sonrakı uşaqlar yenə də valideynlərin öz məsuliyyətli seçimi və planı olmalıdır.
Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideynləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s.
İndi isə bəzi hesablamalar. Son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub.
REAL-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik.
Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik".
Xəbər lenti
-
21:50İcra başçısına 20 min rüşvət verən icra nümayəndəsi jurnalistin məhkəməsinə gəldi - hakim danışmağa imkan vermədi
-
11:29Vəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb
-
11:26Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal
-
11:236 aylıq komadan sonra şəhid oldu...
-
11:20Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
19 Aprel 2021
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
Manşet, Cəmiyyət
Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
Manşet, Cəmiyyət
"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
Manşet, Cəmiyyət
Əhməd Əhmədzadə vəzifəsindən azad edildi
-
Manşet, Cəmiyyət
“Birinci uşağa görə dövlət “uşaqpulu” verməməlidir”
-
Manşet, Cəmiyyət
Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxmaq üçün müraciət etdi
-
Manşet, Cəmiyyət
“Saleh Rüstəmliyə qarşı təxribat hazırlanır, ailə üzvləri ilə hədələnir”
-
Manşet, Cəmiyyət
Koronavirusun Britaniya ştammı nədir, nə qədər təhlükəlidir və özünü necə qorumalı?
-
Manşet, Cəmiyyət
Prezident sabiq icra başçısının oğlunun qatilini əfv etdi