Bir qrup məhkum Mehriban Əliyevaya müraciət etdi

Bir qrup məhkum Mehriban Əliyevaya müraciət etdi
Загрузка...
Bir qrup məhkum Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya maraqlı təkliflə müraciət ediblər. Criminal.az-a da göndərilən müraciətdə deyilir: "Prezidentin 10 fevral 2017-ci il tarixli sərəncamının 03 fevral 2019-cu il Fərmanının müddəalarına, mövcud qanunvericiliyə və real vəziyyətə uyğun olaraq bizim bir təklifimiz və Sizdən xahişimiz var. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Ancaq hüquqi və faktiki olaraq hökm qanuni qüvvəyə minənədək həbs edilmiş şəxslərin saxlandıqları istintaq təcridxanalarında rejim şərtləri, saxlanma, həyat və yaşayış şəraiti ("Həbs yerərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna əsasən) yalnız və ən ağır cəzaya - ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin saxlandıqları həbsxanalarla eynidir və müəyyən müddətə azadlıqdan məhrumetmə cazasına məhkum edilmiş şəxslərin saxlandıqları istənilən növ cəzaçəkmə müəssisəsinə ("Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi”nə əsasən) nisbətən bir neçə dəfə ağır və qapalıdır.
Bu baxımdan hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddətinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cazanın müddətinə istintaq təcridxanalarındakı şəraitdən asılı olaraq (yalnız bakı İstintaq Təcridxanası nisbətən normalara uyğundur) bir günə iki gün və ya bir günə üç gün hesabı ilə hesablanması daha qanuni, düzgün, ədalətli və məntiqli olardı. Siz hər zaman humanist və xeyrxah addımlar ataraq həm millət vəkili olarkən, həm Heydər Əliyev Fondunun prezidenti kimi, həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi amnistiya və əfv fərmanlarının qəbul olunması, qanunvericiliyə mütərəqqi və humanist dəyişikliklər edilməsi hesabına on minlərlə məhkuma və ailəsinə sevinc bəxş etmisiniz. Ona görə də, AR CM-nin 69.3-cü maddəsinə müvafiq dəyişiklik edilməsi üçün qeyd etdiyimiz təklifin Milli Məclisin müzakirəsinə çıxarılaraq qəbul olunmasına təşəbbüs göstərməyinizi sizdən xahiş edirik".  



Загрузка...
Загрузка...

Xəbər lenti