"Bir general kimi deyirəm ki, Salyanda müxalifət yoxdur"

Загрузка...

Ehtiyyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov millət vəkili kimi təmsil olunduğu Salyan rayonunda guya müxalifətçilərin saxlanılması barədə iddialardan danışıb.

Ə.Hüseynov "Ölkə.Az"a açıqlamasında bildirib ki, Salyanda müxalifətçi olmayıb və bundan sonra da olmayacaq:

"Mən hər gün Salyanla əlaqə saxlayıram. Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb. Sadəcə olaraq 2-3 nəfər sərxoş, tüfeyli gəlib nəisə təxribat yaratmaq istəyirsə, təbii ki,bunun qarşısı alınmalıdır. Mən bir general kimi deyirəm ki, Salyanda müxalifət yoxdur, hamı cənab Prezidentin siyasətini dəstəkləyir".

Deputat deyib ki, ayrı-ayrı rayonlardan Salyana xarici qüvvələrin emissarları göndrilir:

"Ancaq Salyan camaatı həmin adamları özləri döyüb qovurlar. Çünki Salyanın ziyalısı çoxdur. Ziyalı çox olan yerdə isə hər zaman əmin-amanlıq, qanuna tabeçilik mövcud olur. Salyanda siyasi səhvlərə yol verən ola bilməz. Bu gün Salyan camaatı hamılıqla cənab İlham Əliyevi dəstəkləyir. Dövlətçilik Salyan camaatının baş tacıdır".

Qeyd edək ki, Əliağa Hüseynov 59 saylı Salyan seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Загрузка...
Загрузка...

Xəbər lenti